Sizin reklam burada

“Bu isə Avropadakı futbolla ayaqlaşmaq üçün bəs eləmir”

Baxış Sayı:610

“Bu isə Avropadakı futbolla ayaqlaşmaq üçün bəs eləmir”
b]Ramin Quliyev yığmanın uğursuzluğunun səbəblərini açıqladı[/b]
U-17-nin Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etdiyini bilirsiz. Norveçə (1:4), Çexiyaya (0:2) və Albaniyaya (0:1) uduzan Ramin Quliyevin yetirmələri qrup sonuncusu oldu. Dünən Ramin bəylə əlaqə saxlayıb, seçmə mərhələ haqda söhbətləşdik.
[b]- Yığma AÇ-nin seçmə mərhələsində uğursuz çıxışla yadda qaldı. Komandanın çıxışı haqda nə deyə bilərsiz?[/b]
- Bəli, uğursuz alındı, bütün oyunlarda məğlub olduq. İstər Norveç, istərsə də Çexiya yaxşı komandalar olduqlarını bir daha göstərdilər. Bununla belə, onların hər ikisinə qarşı bacardığımız qədər mübarizə apardıq, ancaq məğlub olduq. Albaniya ilə görüşdə isə 34-cü dəqiqədə azlıqda qaldıq və bu vəziyyətdə meydan sahibinə qarşı oynamaq çətin idi. Düzdü, Albaniyanı məğlub edə, Çexiya ilə heç-heçə oynaya bilərdik. Sadəcə, alınmadı. Uşaqlarda əzmkarlıq, istək var idi. Ancaq sonda keyfiyyət olmayanda problem yaranır.
[b]- Bəlkə də Çexiya və Norveçə məğlubiyyətləri anlamaq olar. Ancaq Albaniyanı da uda bilmirik. Özü də 34-cü dəqiqədə yığma azlıqda qalıb. Belə çıxır ki, komanda həmin oyuna psixoloji cəhətdən də hazır deyilmiş.[/b]
- Bu gün hamımız düşünürük ki, biz Albaniyadan güclüyük. Lakin bir məqamı qeyd edim ki, bu yığmanın 9 üzvü İtaliya və İngiltərə klublarında çıxış edir. Lazım olsa, siyahını da sizə göndərərəm. Bunu ona görə demirəm ki, həmin ölkələrdə çıxış etdikləri üçün onlara uduzduq. Yox. Bərabərsəviyyəli oyun gedirdi. Sadəcə, azlıqda qalmağımız və rəqibin ev sahibi olması uşaqlarda gərginlik yaratmışdı. Biz də başa düşürük ki, orda udulası komanda elə Albaniya idi. Biz də bunu qəbul edirik, uşaqlar da dərk edir. Amma dediyim kimi, albanlar meydan sahibi idi, ilk hissədə "qırmızı" aldıq, əsas hücumçumuz olan Musa Qurbanlı əvvəlki iki matçda "sarı"sı olduğundan son turu buraxırdı. İstəmirəm düşünsünlər ki, "uduzub, bəhanə axtarır". Lakin bütün xırda nüanslar yığıldı və yekunda məğlub olduq. Halbuki albanlar matçın taleyini həll edən penalti epizodundan başqa qapımız qarşısında təhlükəli vəziyyət yaratmadı. Biz isə 3-4 real qol şansını qaçırdıq. Futbolda belə hallar olur. Hər şeyə rəğmən, 3 oyuna 3 məğlubiyyət varsa, bu yolverilməzdi. Bunu anlayırıq, başa düşürük.
[b]- Norveçlə matçda yığma 3 dəqiqə ərzində qapısında 3 qol gördü. Sanki komandamız oyuna mərkəzdən başlayıb, rəqib topu alaraq qol vurub və bu ssenari yenidən təkrarlanıb. Nə baş verdi?[/b]
- Bizim uşaq futbolunun əsas problemlərindən biri də oyunçuların qol buraxan kimi məğlubiyyəti qəbul etməsidi. 17-ci dəqiqədə mənasız yerə penaltiyə səbəb olduq. Halbuki 5 oyunçumuz cərimə meydançasında idi. Onun şokundan ayılmamış komandamız ikinci qolu buraxdı. Bu üzdən futbolçuların səviyyəsini qeyd edirəm. İkincinin ardınca növbəti səhv yenə qapımızda qolla nəticələndi. Bu Azərbaycan futbolunun xəstəliyidi. Uşaqlar bir qol buraxan kimi əl-qolunu yanına salır ki, uduzduq. Bu da psixoloji bir məqamdı. Həmin matçda da bir neçə fərqlənmək imkanımız olsa da, dəyərləndirə bilmədik.
[b]- Dediniz ki, bizim futbolçuların əsas problemlərindən biri psixoloji təzyiqdən çıxa bilməmələridi. Bu məqam isə sırf baş məşqçilərin işidi.[/b]
- Sözsüz, bu gün istər mənfi, istərsə də müsbət nəsə varsa, ona məşqçilər məsuliyyət daşıyır. Həmin problem, bilirsiz, niyə ölkə çempionatında özünü göstərmir? Çünki qarşısındakı da azərbaycanlı uşaqdı. Arada ciddi səviyyə fərqi yoxdu. Avropada isə ələ düşən şansı qaçırmırlar. Biz nə qədər desək də, hazırlasaq da, son anda qərarı icraçılar verir. Kənardan epizodu saxlaya, nəyisə dəyişə bilmirsən, məcbur olub vəziyyətlə barışırsan.
[b]- İlboyu keçirilən toplanışlar, yoxlama oyunları da işə yaramadı?[/b]
- Razıyam, tapa bildiyimiz hansı oyun oldusa, AFFA təşkil etdi. İstəmirəm ki, "Ramin müəllim uduzub, nəyisə üstündən atır" fikirləşəsiz. Bu uşaqlar bizim çempionatdan yığılıblar. Çətinliyimiz də bununla bağlıdı. 5-10 günlük toplanışla müəyyən mənada nələrisə dəyişmək olur. Bu isə Avropadakı futbolla ayaqlaşmaq üçün bəs eləmir. Əvvəl də vurğuladığım kimi, Albaniyanın bizimlə oynayan heyətindən sırf 8 futbolçu İtaliya klublarında çıxış edir. Həmin çempionatın böyük önəmi var. Bizim 17 yaşlılar ölkə birinciliyində rahat oynayır, ancaq Avropada vəziyyət fərqli olur.
[b]- Rəhbərlik yığmanın AÇ-dəki çıxışını necə qəbul etdi?[/b]
- Vətənə dünən (srağagün) axşam qayıtmışıq. Hələ rəhbərliklə söhbətimiz olmayıb.
[b]FARİZ[/b]

Oxşar xəbərlər
SON XƏBƏRLƏR