Srağagün İstanbulda FİFA-nın İnfrastruktur üzrə iclası baş tutub. AFFA-nln baş katibi Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də tədbirdə iştirak edib. Assosiasiya rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış ediblər. Məlum olduğu kimi, qeyd olunan arenalar AFFA tərəfindən FİFA-nın dəstəyi ilə inşa olunur.
Yeri gəlmişkən, Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb. Söhbət zamanı infrastruktur layihələri haqda ətraflı fikir mübadiləsi aparılıb.