Sizin reklam burada

Tura Tovuzda start veriləcək

Baxış Sayı:873

Tura Tovuzda start veriləcək
Siyasət Əsgərov bu gün debüt edəcək
Bu gün birinci divizionda növbəti – 9-cu tura start veriləcək. İki günə sığacaq turun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq. Turun açılış oyunu Tovuzda gerçəkləşəcək. “Turan Tovuz” “Keşlə-2”ni sınağa çəkəcək. Qalan oyunlar saat 15.00-da başlayacaq. Bu gün meydana çıxacaq komandalardan biri “Zirə-2”di. Qəsəbə təmsilçisi “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Zirə-2”nin cəmi üç gün əvvəl “Sabah-2” ilə qarşılaşdığını da əlavə edək. Belə ki, bu komandanın 8-ci turda keçirilməli olan oyunu oktyabrın 29-na “sürüşdürülmüşdü”. Liderin ən yaxın izləyicisi “Sumqayıt-2” “Qaradağ Lökbatan”la qarşılaşacaq. “Səbail-2” – “Zaqatala” görüşü də maraq doğurur. Səkkiz turda iki texniki məğlubiyyət alan paytaxt təmsilçisində baş məşqçi dəyişikliyi baş verib. Başqa sözlə, zaqatalalılarla qarşılaşma Siyasət Əsgərovun debüt matçı olacaq.
Birinci divizion
1-ci dövrə, 9-cu tur
1 noyabr
Turan Tovuz – Keşlə-2
Hakimlər: RAMİZ MƏHƏRRƏMOV, Yaşar Abbasov, Rəşadət Cəfərov, Kərim Kərimov.
Hakim-inspektor: Azad Mütəllimov.
AFFA nümayəndəsi: Vahid Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 14.00
Zirə-2 – Kəpəz
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Rahil Ramazanov, Cahangir Yusifzadə
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rəhman Tağıyev.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Sumqayıt-2 - Qaradağ Lökbatan
Hakimlər: NİCAT İSMAYILLI, Pərvin Talıbov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ülviyyə Mustafayeva.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15.00
Səbail-2 – Zaqatala
Hakimlər: XƏLİL XƏLİLOV, Cavanşir Yusifov, Eyyub İbrahimov, Samir Hüseynov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. Bayıl Arena. Saat 15.00
1. MOİK 8 7 1 0 14-4 22
2. Sumqayıt-2 8 6 0 2 19-8 18
3. Neftçi-2 8 5 2 1 9-4 17
4. Qarabağ-2 8 4 1 3 16-10 13
5. Zaqatala 8 3 3 2 12-8 12
6. Sabah-2 8 3 3 2 6-4 12
7. Şüvəlan 8 3 3 2 10-10 12
8. Turan Tovuz 8 3 1 4 10-12 10
9. Səbail-2 8 3 0 5 9-18 9
10. Keşlə-2 8 2 2 4 8-9 8
11. Ağsu 8 2 2 4 6-11 8
12. Qaradağ Lökbatan 8 2 1 5 4-13 7
13. Kəpəz 8 1 3 4 5-9 6
14. Zirə-2 8 1 0 7 6-14 3
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR