Sizin reklam burada

“Qarabağ”ın qələbəsiz oyunlarının sayı 5-ə çatdı

Baxış Sayı:1 434

“Qarabağ”ın qələbəsiz oyunlarının sayı 5-ə çatdı
28. Keşlə – Qarabağ (Ağdam) 1:1 (0:0)
1. Kamran Ağayev (k) – 5,5
19. Azər Salahlı – 5,5
(31. Georgios Georgiadis, 75) – qiymətsiz
3. Denis Silva – 5,5
33. Tərlan Quliyev – 5,5
93. Edvinas Girdvainis - 5,5
2. Sərtan Taşkın – 6,0
22. Nikola Mitroviç – 5,0
80. Diallo Quidileye – 5,5
4. Slavik Alxasov – 5,5
17. Samir Məsimov – 5,0
23. Conatan Ayite – 4,5
(9. Amil Yunanov, 70) – 5,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
7. Vaqif Cavadov
10. Ruslan Nəsirli
11. Bahodir Nasimov
18. Ruslan Əmircanov
21. Herve Tçami
65. Cabir Əmirli
71. Emin Quliyev
90. Ebrima Sohna
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sərtan Taşkın

1. Hannes Tur Halldorsson – 5,5
52. Yakub Jezniçak – 5,0
4. Rahil Məmmədov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,0
30. Abbas Hüseynov – 5,5
91. Coşqun Diniyev – 5,0
(2. Qara Qarayev, 79) – qiymətsiz
8. Miçel – 5,5
17. Abdulla Zubir – 5,0
(28. Con Delarj, 87) – qiymətsiz
19. Filip Ozobiç – 5,5
9. Araz Abdullayev – 6,0
(7. İnnosent Emeqara, 87) – qiymətsiz
11. Mahir Mədətov – 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
13. Vaqner Da Silva
6. Simeon Slavçev
10. Dani Kintana
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Araz Abdullayev
Qollar: Miçel, 56 (0:1, M.Mədətov). S.Taşkın, 78 (1:1, A.Salahlı).
Vərəqələr: C.Ayite, 30 (qeyri-idman hərəkəti). R.Sadıqov, 34 (qeyri-idman hərəkəti). M.Mədətov, 75 (qeyri-idman hərəkəti). S.Məsimov, 87 (qeyri-idman hərəkəti). Y.Jezniçak, 90+1 (qeyri-idman hərəkəti). A.Yunanov, 90+1 (qeyri-idman hərəkəti) – sarı. S.Məsimov, 88 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
31 oktyabr. Bakı. ASK Arena. 1000 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyunun yekun nəticəsinin əhəmiyyəti haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Qələbənin hər iki tərəfə hava-su kimi lazım olduğunu komandaların son qarşılaşmalarında qeydə alınan nəticələr göstərirdi. Ölkə çempionatdakı nəticələrə görə ciddi narahatlıq keçirməyən ağdamlıların durumu bu dəfə fərqli idi. 11 gün ərzində baş tutan 3 oyunda xala həsrət qalmaq, ən əsası, əsas rəqibi olan “Neftçi”yə uduzmaq ağdamlıların işini çətinləşdirmişdi. Liderlə xal fərqini 3-ə endirmək üçün 90 dəqiqənin tamımında tablodakı rəqəmlər Qurban Qurbanovun komandasının xeyrinə olmalıydı.
“Keşlə”dəki vəziyyəti isə fərqli hesab etmək olardı. Matçdan bir gün öncə komandaya yeni baş məşqçi təyin olunmuşdu ki, Tərlan Əhmədov debütün uğurlu alınmasını istəyirdi. Mümkün qələbə “qırmızılar”ı “Qəbələ”yə yaxınlaşdıracaqdı.
Matçdan əvvəl tərəflərin güc nisbətinə görə “köhlən atlar” favorit göstərilsə də, süni örtüklü qazonun yararsız vəziyyəti ağıllarda sual yaradırdı. “Qarabağ”ın oyununun alınmaması ehtimal idisə, futbolçuların özünü zədədən qorumaq fikrinə düşməsi danılmaz fakt sayılmalıdı. İstənilən halda, çempionu bu oyunda qələbəyə kökləyən xüsusi məqam vardı ki, onu qeyd etmək yerinə düşər. Ağdamlılar ötən il oktyabrın 31-də Çempionlar Liqasının qrup qarşılaşmasında səfərdə “Atletiko” ilə heç-heçə oynamışdı. Deməli, futbolçular məhz bu tarixdə “Keşlə”yə boyun əyməyin mümkünsüz olduğunu anlayırdılar.
“Qarabağ”ın gücünü nəzərə alan Tərlan Əhmədovun çempionla görüşə beşli müdafiə sistemi ilə başlamasını anlamaq olardı. Görünür, ötən tur “Neftçi”nin eyni üsuldan yararlanıb ağdamlıları məğlub etməsi Əhmədovu məlum taktiki sxemə güvənməyə məcbur etmişdi. Qurbanov isə zədəlilərin – Maksim Medvedev, Ansi Aqolli, Vild-Donald Gerye kimi cinah oyunçularının xidmətindən məhrum idi. Üstəlik Qara Qarayev, İnnosent Emeqara, Simeon Slavçev, Bədavi Hüseynov kimi aparıcı futbolçular ehtiyatda qalmışdı.
Əks-hücum taktikasına güvənən meydan sahiblərinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaşanacağı gözlənilən idi. Bu da heç şübhəsiz, qonaqların böyük qüvvə ilə irəli atılıb hesabı erkən açmaq istəyindən irəli gəlirdi. 18-ci dəqiqədə əlverişli mövqedə olan Zubirin hesabı aça bilməməsində hər nə qədər Kamranın ustalığı rol oynadısa, “17 nömrə”nin tələskənliyi də sözünü dedi. İnsaf naminə “Keşlə”lilər əvvəlki oyunlara nisbətən daha hərəkətli görünür, xüsusən müdafiədə diqqətli davranmağa çalışırdılar. O qədər də maraqlı alınmayan ilk hissədə nadir maraqlı epizodlardan biri 32-ci dəqiqədə, Arazın cərimə zərbəsindən vurduğu top qapının yanından keçəndə yaşandı. Meydan sahibləri 36-cı dəqiqədə diqqətləri üzərinə çəkdi. Hər iki vəziyyətdə Ayitenin adı ön plana çıxsa da, ucaboy forvard fərqlənə bilmədi. Hissənin sonlarına yaxın Mahirin qol vurmaq istəyini inamlı oynayan Kamran ürəyində qoydu.
İkinci hissə “Qarabağ” üçün uğurlu başladı. Qonaqlar 56-cı dəqiqədə cərimə zərbəsi vurmaq imkanı qazandı ki, Ozobiçin qapı qarşısına havalandırdığı topu nəzarətsiz qalmış Mahir Miçelə ötürdü, ispan yarımmüdafiəçi isə çətinlik çəkmədən hesabı açdı. Ağdamlılar qol sevincini doyunca yaşamamış az qala topu qapısında görəcəkdi. Bir saatın tamamında Rəşad Sadıqovun ötürmə səhvindən sonra qapıçı ilə üzbəüz qalan Ayitenin sevinməsinə mükəmməl qurtarışla yadda qalan Halldorsson imkan vermədi. Az sonra diqqətdən yayınan Azərin vuruşu istədiyi kimi alınmadı. “Keşlə”nin hücumlarının yekununda təhlükəli vəziyyətin yaranmamasının səbəbi kimi Ayitenin zəif çıxışı mütləq qeyd olunmalıdı. Hücumçu sanki “Qarabağ”ın oyunçusu imiş kimi davranıb top itkilərinə yol verir, əlverişli vəziyyətlərdə ötürmə vermək əvəzinə topu özündə saxlayıb hücumu səngidirdi. “Keşlə”, nəhayət, istəyinə çatdı. Qolu isə hər nə qədər maraqlı olsa da, cinah müdafiəçiləri təşkil etdi. Azərin Sərtana əla ötürməsini ikinci dəqiq zərbə ilə tamamladı. Oyunun sonlarına yaxın gərginlik bir az da artdı. Qurbanov Emeqara ilə Delarjı meydana buraxmaqla komandasının fəallaşmasına şərait yaratdısa, Məsimov qısa vaxt ərzində ardıcıl iki “sarı” almaqla komandasını çətin vəziyyətdə qoydu. “Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, qalib gəlmək mümkün olmadı. Belədə lider “Neftçi” ilə xal fərqi 6-dan 5-ə endi. "Qarabağ"ın sonuncu dəfə sentyabrın 29-da "Sabah"a qalib gəldiyini, ondan sonra çempionatda və Avroliqada keçirdiyi 5 oyunda qələbəyə həsrət qaldığını da xatırladaq. “Qırmızılar” isə Tərlan Əhmədovun debütündə çempiondan xal qoparıb daxili ab-havanın yaxşılaşmasına səbəbkar oldu.

Gözdən qaçmadı
* “Keşlə”ni yalnız eyniadlı fanklubun üzvləri dəstəkləyirdisə, qonaqlar üçün ayrılmış sektorda “Qarabağ”ı üç fərqli qrup qələbəyə səsləyirdi: “İmarət”, “Qarabağ Ordu” və “Boys Qarabağ”.
* Adı iştirak ərizəsinə salınmayan Vild-Donald Gerye oyunu tribunadan xanımı ilə birgə izləyirdi, bu öz yerində. Maraqlı məqam “Qarabağ”ın futbolçusunun matçdan təxminən 15 dəqiqə əvvəl maşınını saxlamaq üçün yer tapmamasıydı. Haitili stadionun qarşısındakı yolda dövrə vurur, parklama yeri axtarırdı.
* Fasilədə rəqib futbolçular İnnosent Emeqara ilə Georgios Georgiadisin meydanın mərkəzində uzun müddət söhbət etmələri boşuna deyildi. Belə ki,onlar ötən mövsüm Cənubi Kipr “Ermis”ində komanda yoldaşı olublar.
* “Keşlə”nin bərabərlik qolundan iki dəqiqə əvvəl Georgiadis dördüncü hakimin yanında dayanıb meydana daxil olacağı anı gözləyirdi. Qol vurulunca, Tərlan Əhmədov dəyişikliyə ehtiyac duymadı. Yunan futbolçu bir neçə dəqiqə sonra meydana çıxdı.
* Emeqara ilə Delarj bərabərlik qolundan dərhal sonra meydana daxil olmalıydılar. Lakin dördüncü hakimin hansısa nöqsanı aradan qaldırmaqla məşğul olması ucbatından əvəzetmələr xeyli gecikdi.
* Georgiadis meydana 84-cü dəqiqədə çıxsa da, protokolda səhvən 75-ci dəqiqə göstərilib.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR