Sizin reklam burada

Yığma albanlar önündə də aciz qaldı

Baxış Sayı:417

Yığma albanlar önündə də aciz qaldı
Dünən U-17 Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirdi. İlk iki görüşdə Norveçə (1:4) və Çexiyaya (0:2) uduzan Ramin Quliyevin yetirmələrinin meydan sahibi Albaniya ilə görüşü formal xarakter daşıyırdı.
Albaniya - Azərbaycan 1:0 (1:0)
Albaniya: 1. Fatmir Ceka (k), 6. Armelo Doda, 8. Henri Sulovari (9. Enea Kotrri, 54), 10. Andri Stafa (7. Aleksandro Arapi, 47), 11. Mario Mitay, 13. Albert Raçi (3. Safet Zaimi, 47), 14. Marselino Preka, 15. Armand Kuqi (4. Dyellor Biseni, 73), 16. Laert Papa (20. Lion Cahani, 46), 17. Usni İsmaili, 19. Elmando Qini.
Ehtiyat oyunçular: 12. Enis Uykay, 5. Nikolas Smaylay, 18. Petro Memuşay.
Baş məşqçi: Cemal Mustedanaqiç.
Azərbaycan: 22. Rüstəm Samiqullin, 2. Nika Baçalaşvili, 5. Nazim Həsənzadə (8. Fərid Yusifli, 67), 6. Nemət Musayev, 7. Rauf Məhərrəmov, 10. Veysəl Rzayev (k), 11. Cavidan Abbaszadə (17. Şirin Şirinov, 66), 14. Nemət Şıxəmirov, 18. Camal Cəfərov, 19. Samir Abdullayev (4. Rüfət Əhmədov, 36), 20. Ruslan Qabayev.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov.
Baş məşqçi: Ramin Quliyev.
Qol: M.Mitay, 44-p.
Vərəqələr: N.Şıxəmirov, 10. A.Doda, 30. H.Slovari, 49. E.Qini, 70. L.Cahani, 89. N.Musayev, 90. F.Ceka, 90+2. R.Məhərrəmov, 90+3 - sarı. N.Şıxəmirov, 34 - qırmızı (ikinci sarı). N.Musayev, 90+4 - qırmızı (ikinci sarı). R.Məhərrəmov, 90+4 - qırmızı.
Hakimlər: BORİS MARHEFKA, Tomaş Vorel (hər ikisi Slovakiya), Sreten Udoviçiç, Admir Şehoviç (hər ikisi Bosniya və Hersoqovina).
29 oktyabr. Elbasan. Elbasan Arena.
Maraqlıdı ki, artıq 34-cü dəqiqədə yığma azlıqda qalıb. Nemət Şıxəmirov ikinci "sarı"dan sonra meydandan qovulub. Bu, millinin son matça psixoloji cəhətdən heç də hazır olmadığının göstəricisidi. Albanlar 44-cü dəqiqədə penaltidən hesabı açıb və yığma final fitinə qədər "status-kvo"nu bərpa edə bilməyib. Son dəqiqələrdə isə Quliyevin yetirmələrindən daha ikisi qırmızı vərəqə alıb. Nemət Musayev ikinci "sarı"dan sonra meydandan qovulubsa, Rauf Məhərrəmov birbaşa "qırmızı" görüb. Beləliklə, meydan sahibləri təsəlli qələbəsinə sevinib. Qrupun digər oyununda isə Çexiya Norveçi eyni hesabla məğlub edib.
1. Çexiya 3 3 0 0 9-0 9
2. Norveç 3 2 0 1 7-3 6
3. Albaniya 3 1 0 2 2-9 3
4. AZƏRBAYCAN 3 0 0 3 1-7 0
Təbii, Norveç və Çexiyaya məğlubiyyəti bəlkə də normal qarşılamaq olar. Bu ölkələrdə uşaq futbolu bizdən xeyli öndədi. Ancaq Albaniyaya yenilgiyə bəhanə tapmaq mümkün deyil. Yaxud da hansısa səbəb deyilsə də, bu, bəhanədən başqa bir şey olmayacaq. Yox, məğlubiyyətlər gözlənilən idisə, ilboyu yığmaya pullar xərcləməyin, toplanışlar keçməyin mənası nədi? Onsuz da milli sonuncu yeri tutdu. Həmin toplanışlar olmasaydı da, nəticə fərqli olmayacaqdı. Deməli, dəyişən heç nə yoxdu və yenə də boşuna pullar xərclənir, ortada isə heç bir irəliləyiş görmürük. O başqa məsələ ki, bu nəticələr həm də ölkədə uşaq futbolunun bərad durumda olmasından qaynaqlanır.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR