Sizin reklam burada

Elman Sultanovu Siyasət Əsgərov əvəzlədi

Baxış Sayı:738

Elman Sultanovu Siyasət Əsgərov əvəzlədi
Günahkar zənglərə cavab vermir
Ötən sayımızda “Səbail-2”də məşqçi istefalarının baş verməsi haqda məlumat vermişdik. Qısaca xatırladaq ki, birinci divizonda “Qarabağ-2” və “Neftçi-2” ilə keçirilən oyunlarda bayıllıların məşqçilər korpusu diqqətsizlik edərək, yaş limitini pozublar. İlk matçdan sonra komandaya texniki məğlubiyyət verilmişdisə, növbəti analoji cəza AFFA İntizam Komitəsinin bugünkü iclasında açıqlanacaq.
Klub rəhbərliyi diqqətsizlik edən baş məşqçi Elman Sultanov və qapıçılarla işləyən Toğrul Əhmədova qapını göstərməkdən başqa çıxış yolu tapmayıb. Odu ki, hər iki mütəxəssis artıq işsizdi. Onların əvəzləyiciləri də tapılıb. Bu, PRO kateqoriyasına sahib Siyasət Əsgərov və təcrübəli mütəxəssis Rauf Salamovdu. Hər ikisi artıq vəzifələrinin icrasına başlayıb.
Yaranmış vəziyyətlə bağlı Elman Sultanovla danışmaq, yaşananlara aydınlıq gətirmək istəyirdik. Texniki məğlubiyyətlərin səbəbkarı zənglərimizi cavabsız qoydu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR