Sizin reklam burada

“"Sumqayıt” 2:0-ı əldən verdi, Süleymanov hakimlərə “yükləndi”

Baxış Sayı:576

“"Sumqayıt” 2:0-ı əldən verdi, Süleymanov hakimlərə “yükləndi”
“Dalğa Arena”da ara qarışdı, vərəqələr havada “uçuşdu”
34. Sumqayıt – Qəbələ 2:2 (2:1)

1. Mehdi Cənnətov – 4,0
74. Yusif Nəbiyev – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,0
4. Şəhriyar Əliyev – 6,0
2. Rail Məlikov (k) – 4,5
(44. Qvanzav Maqomedov, 71) – 5,0
21. Arif Daşdəmirov – 4,5
99. Əli Babayev – 5,0
7. Cavid Tağıyev – 5,0
10. Aleksey İsayev – 5,5
(77. Murad Xaçayev, 87) – qiymətsiz
22. Əfran İsmayılov – 5,0
11. Atilla Yıldırım – 4,5
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
8. Orxan Əliyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Şəhriyar Əliyev

30. Aqil Məmmədov – 4,5
34. Ürfan Abbasov – 4,5
3. Voislav Stankoviç – 4,0
5. Rasim Ramaldanov – 4,0
(27. Bəhlul Mustafazadə, 46) – 4,5
8. Qismət Alıyev – 4,0
(18. İlqar Qurbanov, 46) – 4,5
4. Elvin Camalov – 4,5
14. Cavid Hüseynov (k) – 5,0
21. Lalavele Atakora – 5,5
10. Rauf Əliyev – 4,5
(11. Asif Məmmədov, 60) – 5,0
28. Stiven Jozef-Monroz – 6,0
17. Ceyms Adeniyi – 5,5
Ehtiyat oyunçular
22. Dmitri Bezotosnı
35. Murad Popov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
88. Sabien Lilay
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz
Qollar: Ş.Əliyev, 7 (1:0, Ə.İsmayılov). Ş.Əliyev, 19 (2:0, Y.Nəbiyev). S.Jozef-Monroz, 42 (2:1, C.Adeniyi). L.Atakora, 56 (2:2, S.Jozef-Monroz).
Vərəqələr: R.Əliyev, 45 (qeyri-idman hərəkəti). C.Tağıyev, 65 (qeyri-idman hərəkəti). C.Hüseynov, 71 (hakim qərarına etiraz). A.Yıldırım, 72 (qeyri-idman hərəkəti). L. Atakora, 84 (perspektivli hücumun qarşısını kəsmək). Q.Maqomedov, 90+2 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 90+2 (qeyri-idman hərəkəti). A.Məmmədov, 90+2 (qeyri-idman hərəkəti). İ.Qurbanov, 90+2 (qeyri-idman hərəkəti) – sarı. B.Mustafazadə, 90+2 (rəqibə əllə zərbə vurmaq) - qırmızı. R.Əliyev, 90+2 (hakimin qərarına etiraz) – qırmızı (ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
27 oktyabr. Mərdəkan. Dalğa Arena. 200 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 8 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Şənbə günü “Dalğa Arena”ya üz tutanlar, eləcə də saat 18.00-dan etibarən “CBC Sport”u izləyənlər maraqlı qarşılaşmaya şahid oldular. İlk 19 dəqiqədə rəqibini iki qolla şoka salan “Sumqayıt” qələbə hesabını qoruya bilmədi. Yeri gəlmişkən, Şəhriyar hər iki qolu standart vəziyyət zamanı, başla vurdu. Əslində “kimyaçılar” hesabda öndə olarkən Alekseyin akrobatik zərbəsindən sonra top tirdən dönməsəydi, çətin ki, bölgə təmsilçisi 1 xal qazana biləcəkdi. Lakin bəxt qəbələlilərin tərəfində oldu. İlk yarıda Jozef-Monrozla hesabı bərabərləşdirən “Qəbələ” ikinci hissənin əvvəllərində “status-kvo”nu da bərpa etdi. Atakora matçda son nöqtəni qoyan futbolçu oldu. Hə, “Qəbələ”nin ilk qolundan öncə İsayev “qırmızı-qaralar”ın cərimə meydançasında yerdə qaldı, sumqayıtlıların penalti tələbini isə hakim qəbul etmədi. Elə Nazim bəy də oyunsonrası mətbuat konfransında bu məqama toxundu.
Hesab bərabərləşəndən sonra çoxları “qırmızı-qaralar”ın əzmkar qələbə qazanacağını düşünsə də, Qurbanovun komandasının daha artığına gücü çatmadı. İkinci yarıda yaddaqalan məqamlara gəlincə, Raillə Alekseyin zədələnərək meydanı tərk etməsini qeyd etməliyik. Son dəqiqələrdə isə futbolçular arasında qarşıdurma yaşandı. Qvanzav Bəhlulla mübarizə zamanı yerdə qaldı, sonuncu rəqibinin ayağa qalxmasına mane oldu. Bu epizodun davamında Maqomedovla Stankoviç bir-birinə hücum çəkdi. Daha sonra Şəhriyar və Aqil də qarşdırumanın mərkəzində göründü. Hətta Əliyev Stankoviçdən zərbə yemiş kimi yerə yıxıldı. Emosiyalar sakitləşəndə isə Şəhriyarın Cavid Hüseynova Voislav tərəfindən vurulduğunu sübut etməyə çalışdığını da gördük. Qarşıdurma zamanı Orxan Məmmədov kənarda durub, olayı diqqətlə izləyirdi. O, cibindən 5 sarı, 2 qırmızı vərəqə çıxardı. Ancaq sabiq FİFA referisi kobud səhvə yol verərək, “qırmızı”lardan birini Voislava yox, Bəhlula göstərdi. Halbuki Məmmədov daha sonra səhvini anlayaraq, protokolda yanlışlığa yol verdiyini, “qırmızı”nın Stankoviçə göstərilməli olduğunu qeyd edib. Məsələylə bağlı qərarı bu gün AFFA-nın İntizam Komitəsi verəcək. Rauf isə ehtiyatda oturduğu halda qırmızı vərəqə ilə cəzalandı. Onun hakimi təhqir etdiyini də qeyd edək. Hər halda, sonu olduqca gərgin keçən matç “sülh”lə bitdi.
FARİZ

Reaksiyalar
Sənan Qurbanov: “Oyuna ciddi hazırlaşmışdıq. Bir qədər təzyiq altındayıq. Qələbə üçün alışıb-yanırıq. Bu gün bu istək fonunda gərginlik yarandı. Çalışacağıq ki, növbəti matçlarda daha rahat şəkildə öz oyunumuzu göstərək. İlk hissədə iki standart vəziyyətdən qol buraxdıq. Bundan başqa da qapımız önündə təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Çalışacağıq ki, önümüzdəki turlarda həmin səhvləri təkrarlamayaq. İkinci hissədə daha yaxşı təsir bağışladıq. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. “Neftçi” üzərində qələbədən sonra eyforiya? Deməzdim ki, həmin matçdan sonra komandada arxayınlıq var idi. Sadəcə, qələbə üçün futbolçular tələsirdi və bu da istər-istəməz gərginlik yaradırdı. Qırmızı vərəqələrə gəlincə, videotəkrara baxmaq lazımdı. Yəni həmin epizodlarda vərəqə var idi, ya yox... Əlbəttə, müdafiədəki boşluqlar məni narahat edir. Arxa xətlə bağlı tam başqa tapşırıq vermişdim. Ancaq həmişə tapşırdıqlarımız olmur. Bunu da daha çox gərginliklə əlaqələndirərdim. Həm Rasim, həm də Bəhlul inandığımız futbolçulardı. Futbol isə səhvsiz olmur. Onlar da yanlışlığa yol vermək istəmirlər. Lakin bu bəzən qaçılmaz olur. Yenə deyirəm, videotəhlillərdə problemləri aradan qaldırmağa çalışacağıq”.
Nazim Süleymanov: “Qarşılaşmanın maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. İlk dəqiqələrdən oyun baxımından da, hesabda da öndə idik. Matça nəzarət edirdik. Sadəcə, futbol səhvlər oyunudu. Hakim amilini qeyd etmək istəyərdim. Bilmirəm, gördüz, ya yox? Rəqibin ilk qolu vurduğu epizoddan öncə onların qapısına penalti təyin edilməli idi. Hesab 2:0 olduğu anda daha bir qol vursaydıq, görün nə qədər psixoloji üstünlüyümüz olardı. Demirik ki, bizə kömək etmək lazımdı. Əsla! Nə varsa, onu vermək lazımdı ki, komanda oynasın da. Nəyə görə komandanı sındırmalıdılar? Təbii, bizim də səhvlərimiz oldu. Elə həmin səhvlərdən biri qapımıza ikinci qolun vurulması ilə nəticələndi. Bu elə bir oyun oldu ki, böyükhesablı qələbə də qazana bilərdik, məğlub da ola. Artıq irəli baxmaq lazımdı. Ancaq bu xal itkiləri komandamızdan gedir. Ona təəssüflənirəm. Bundan başqa, futbolçular əziyyət çəkir, bir fitlə xallar gedirsə, necə olacaq? Bu futboldu, səhvsiz insan yoxdu. Oyunun təhlilində hər şeyə baxacağıq. Səhvdən heç kim “sığortalanmayıb”. Atillaya gəlincə, onu tutdular, yıxdılar, mübarizə aparırdı. Sadəcə, qol çatışmır. Hər şeyi zamana buraxaq. Hücumda top saxlamağı bacarır, gövdəsi, boyu buna imkan verir. Əlbəttə, biz də qol vurmasını istəyirik. Bizim komandanı son dəqiqələrdə hücumda görmədiz? Bəzən azlıqda olan komanda əks-hücum yaradır, qol vurur. Qvanzavı meydana buraxdım, 5 müdafiəçidən 4-lü sistemə keçdik. Əfranı niyə əvəzləmədim? Ona hər dəfə top gələndə təhlükə yarada bilir. Bu üzdən onu dəyişmədim. Hər bir futbolçuya şans veririk, onlar da bundan istifadə etməlidi. Əlimizdə olan oyunçulardan da yararlanırıq…Vurğun Hüseynovu cəzalandıracağımı niyə açıqladım? Siz bilirsiz o nə cəza alacaq? Bəs nə deməliydim? Deməliydim ki, klubun daxili işidi? Hər bir şəxs etdiyi hərəkətə görə cavab verməlidi. İstər kapitan olsun, istər baş məşqçi. Səhv edəndə baş məşqçini çıxarırlar. Klubun daxili işidi, cəzalandırmışıq”.

Gözdən qaçmadı
* Yığmanın məşqçiləri Elçin Rəhmanov və Dmitri Kramarenko matçı canlı izləyirdi.
* Ötən oyun komandanı boykot edən “Red Black Army” bu dəfə tribunada idi.
* Yusif Nəbiyevin sol qulağındakı sarğı diqqəti çəkdi.
* Rauf Əliyev “qırmızı” alandan sonra dəhlizin giriş qapısından oyunu izləməyə başladı. Sonradan ona həmin yeri tərk etmək göstərişi verildi. Bəhlul isə meydandan qovulduqdan sonra məhəccəri aşıb tribunaya qalxdı. Ancaq hakim onu həmin yerdən də uzaqlaşdırdı.
* İkinci hissədə “Sumqayıt” azarkeşləri bir neçə dəfə Nicat Qurbanovun adını xorla səsləndirib, baş məşqçidən onu meydana buraxmasını istədilər. Lakin Nazim Süleymanov 3-cü əvəzetmə haqqı olduğu halda, Nicata şans vermədi.
* Futbolçular arasında qarşıdurma yaşanan vaxt iki futbolçu şirin-şirin söhbət edirdi. Bunlar Bəxtiyarla Ceyms idi. Onların hansı dildə danışdığı maraqlı idi.
* Oyun qurtarandan sonra hər kəs meydanı tərk etsə də, ehtiyat oyunçular skamyasında oturan Samir Ələkbərov xeyli müddət yerindən tərpənmədi.
* Meydan sahibi “Sumqayıt” olsa da, mətbuat konfransı zalında baş məşqçilərin əyləşdiyi masanın arxasındakı reklam lövhəsində “Zirə”nin emblemi var idi. Məlum olduğu kimi, bu iki komanda müvəqqəti olaraq ev oyunlarını eyni stadionda – “Dalğa Arena”da keçirir. Sadəcə, “kimyaçılar”ın həmin lövhəni dəyişməyə ehtiyac duymaması maraqlı məqamd

Oxşar xəbərlər
SON XƏBƏRLƏR