Sizin reklam burada

“Sumqayıt-2”nin zirvəyə əli çatmadı

Baxış Sayı:653

“Sumqayıt-2”nin zirvəyə əli çatmadı
Qərb derbisini “Turan Tovuz” qazandı
Dünən birinci divizionda 8-ci tura start verilib. Turun ilk oyun günündə 4 görüş baş tutub ki, üç qarşılaşmada eyni hesab qeydə alınıb. “Zaqatala” liderin ən yaxın izləyicisi “Sumqayıt-2”yə sürpriz yaşadıb. Belə ki, Elbrus Məmmədovun komandası səfərdə 1:3 hesabı ilə uduzaraq, zirvəyə şərik olmaq şansını əldən verib. İlk “üçlük”də qərarlaşan “Neftçi-2” də xal itkisinə məruz qalıb. Mahmud Qurbanovun komandası “Səbail-2” ilə bacarmayıb. Daha doğrusu, ikinci hissənin əvvəlində hesabda geri düşən “ağ-qaralar” yenilgidən qarşılaşmaya əlavə olunmuş 5-ci dəqiqədə qurtula bilib. Qalan oyunlara gəlincə, “Şüvəlan” “Qaradağ Lökbatan”ı, “Turan Tovuz” isə “Kəpəz”i səfərdə 3:1 hesabıyla üstələyib.
Birinci divizion
1-ci dövrə, 8-ci tur
25 oktyabr
Zaqatala – Sumqayıt-2 3:1
Cavad Kazımov, 13; 22. Kənan Müslümov, 79-p. - Famin Əliyev, 69.
Qaradağ Lökbatan – Şüvəlan 1:3
Camal Camalov, 54 - Rafail Qəvami, 19. Akif Tağıyev, 56. Nodar Məmmədov, 88.
Kəpəz – Turan Tovuz 1:3
Ziyabil Məmmədov, 83 - Cavid Hümmətli, 35. İlkin Sadıqov, 59-p. Elçin Qasımov, 71.
Neftçi-2 – Səbail-2 1:1
Hüseyn Hüseynzadə, 90+5 - Xəzər Mahmudov, 47.
Tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Lider MOİK “Ağsu”nu, “Keşlə-2” isə “Qarabağ-2”ni qonaq edəcək. “Hərbçilər” bu qarşılaşmada qələbə qazanacağı halda, ən yaxın izləyicisi ilə xal fərqini 6-ya çatdıraraq, zirvədə mövqeyini möhkəmləndirəcək. Ağdamlılar isə “Neftçi-2”ni 3-cü pillədən sıxışdırmaq üçün qələbə qazanmalıdı:
26 oktyabr
Keşlə-2 – Qarabağ-2
Hakimlər: NİCAT İSMAYILLI, Eyyub İbrahimov, Samir Hacıyev, Rəsul Babayev.
Hakim-inspektor: Azad Hüseynov.
AFFA nümayəndəsi: Rüfət Əliyev.
Bakı. ASK Arena. Saat 15.00

MOİK – Ağsu
Hakimlər: MAHİR MƏMMƏDOV, Səbuhi Soltanov, Əli Cəbrayılov, Namiq Bəkirov.
Hakim-inspektor: Ülviyyə Mustafayeva.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00
Qeyd edək ki, tura oktyabrın 29-da “Sabah-2” – “Zirə-2” matçı ilə yekun vurulacaq.
1. MOİK 7 7 0 0 13-3 21
2. Sumqayıt-2 8 6 0 2 19-8 18
3. Neftçi-2 8 4 3 1 7-5 15
4. Qarabağ-2 7 4 1 2 15-7 13
5. Zaqatala 8 3 3 2 12-8 12
6. Şüvəlan 8 3 3 2 10-10 12
7. Turan Tovuz 8 3 1 4 10-12 10
8. Səbail-2 8 3 1 4 10-16 10
9. Sabah-2 7 2 3 2 5-4 9
10. Ağsu 7 2 1 4 5-10 7
11. Qaradağ Lökbatan 8 2 1 5 4-13 7
12. Kəpəz 8 1 3 4 5-9 6
13. Keşlə-2 7 1 2 4 5-8 5
14. Zirə-2 7 1 0 6 6-13 3
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı turda "Səbail-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR