Sizin reklam burada

Beşgünlük tur

Baxış Sayı:574

Beşgünlük tur
Bu gün birinci divizionda 8-ci tura start veriləcək. Tur 5 günə sığacaq. Belə ki, oyun cədvəlində dəyişiklik edilib. “Sabah-2”nin 4 oyunçusu - Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19-un, biri - Nemət Musayev isə U-17-nin düşərgəsində olduğu üçün debütantın “Zirə-2” ilə oyunu təxirə salınıb. Daha doğrusu, PFL matçı oktyabrın 26-dan 29-na keçirib.
Bu gün yarışda ikihakimiyyətlik yarana bilər. Liderin ən yaxın izləyicisi “Sumqayıt-2” Zaqatala səfərindən 3 xalla dönə bilsə, zirvəyə şərik olacaq. Bu gün həmçinin qərb derbisi baş tutacaq. “Kəpəz” və “Turan Tovuz”dan hansı qalib gəlsə, turnir mövqeyini azı 4 pillə yaxşılaşdıracaq.
Birinci divizion
1-ci dövrə, 8-ci tur
25 oktyabr
Zaqatala – Sumqayıt-2
Hakimlər: SƏRXAN İSMAYILOV, Knyaz Əmiraslanov, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rufulla Kərimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala. Şəhər stadionu. Saat 15.00
Qaradağ Lökbatan – Şüvəlan
Hakimlər: KAMAL UMUDLU, Pərvin Talıbov, Elxan Əsgərzadə, Samir Hüseynov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00
Kəpəz – Turan Tovuz
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Teymur Teymurov, Nahid Xasıyev.
Hakim-inspektor: Əvəz Şıxıyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Gəncə. Şəhər stadionu. Saat 15.00
Neftçi-2 – Səbail-2
Hakimlər: ELGÜN HÜSEYNOV, Elşad Abdullayev, Rəşadət Cəfərov, Kərim Kərimov.
Hakim-inspektor: Akif Əliyev.
AFFA nümayəndəsi: Samir Kərəmov.
Bakı. ASK Arena. Saat 15.00
1. MOİK 7 7 0 0 13-3 21
2. Sumqayıt-2 7 6 0 1 18-5 18
3. Neftçi-2 7 4 2 1 6-4 14
4. Qarabağ-2 7 4 1 2 15-7 13
5. Zaqatala 7 2 3 2 9-7 9
6. Sabah-2 7 2 3 2 5-4 9
7. Şüvəlan 7 2 3 2 7-9 9
8. Səbail-2 7 3 0 4 9-15 9
9. Turan Tovuz 7 2 1 4 7-11 7
10. Ağsu 7 2 1 4 5-10 7
11. Qaradağ Lökbatan 7 2 1 4 3-10 7
12. Kəpəz 7 1 3 3 4-6 6
13. Keşlə-2 7 1 2 4 5-8 5
14. Zirə-2 7 1 0 6 6-13 3
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı turda "Səbail-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR