Ötən sayımızda “Kəpəz”in İdarə Heyətinin sədri Elmir Vəliyevin istefa verdiyini xəbər vermişdik. 2015-ci ildən Gəncə təmsilçinin İdarə Heyətinin sədri postunu tutan Elmir bəy işlərinin çoxluğu ilə bağlı vəzifəsindən getdiyini bildirib.
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlunun klubdan uzaqlaşması ona yaxın kadrların da “Kəpəz”dən gedəcəyindən xəbər verir. Artıq bu yöndə ilk siqnallar da gəlməkdədi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yaxın günlərdə stadionun direktoru Namiq Allahverdiyev, komandanın rəisi Ruslan Nağıyev və klubun təhlükəsizlik üzrə meneceri Elmar Əliyev də tutuduğu vəzifədən istefa verəcək. “Sarı-göylər”in icraçı direktoru Elnur Camalxanovun isə qış fasiləsində klubdan ayrılacağı barədə söz-söhbət dolaşır.
Yayın xəbərlərin nə dəcədə düz olduğunu müəyyənləşdirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə danışmağı lazım bildik. Təəssüf ki, Azad bəy güz ərzində zənglərimizə cavab vermədi.
RƏŞAD