Əliyar Ağayevə UEFA-dan növbəti təyinat gəlib. Qitə futbol qurumu Avroliqanın 3-cü turunda keçiriləcək A qrupunun “Sürix” (İsveçrə) – “Bayer-04” (Almaniya) oyununu FİFA referimizə həvalə edib. Ooktyabrın 25-də keçiriləcək qarşılaşmada laysmanlar Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.