AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Müzakirələrdən sonra belə bir qərar qəbul olunub: “Sumqayıt” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Premyer-liqanın 5-ci turu çərçivəsində keçirilən “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna görə “kimyaçılar"ın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilsin. Dioçenkonun aqressiv davranışa və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klub haqda 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilsin".
Yeri gəlmişkən, bu qərar "daldan atılan daş"a bənzəyir. Çünki artıq Dioçenko "gənclik şəhəri" təmsilçisindən ayırılıb. Bu üzdən onun cəzasının və cəriməsinin yarıbayarı azaldılması nə məşqçi, nə də klub üçün əhəmiyyət daşıyır.
FARİZ