
Xal itirməyən iki komanda qaldı
Həftəsonu futzal üzrə birinci liqada 5-ci tura yekun vurulub. Bakı İdman Sarayında baş tutan oyunlarda maraqlı nəticələr qeydə alınıb. Xüsusilə də arxada qalan 4 oyunda maksimum xal qazanan 3 komandadan birinin sıradan çıxması diqqəti çəkib. İki günə sığan turun ilk oyun günüdə bütün diqqətlər “Standard” – “Baku Fire” matçına yönəlmişdi. İlk 4 turda hər iki komanda bütün rəqiblərini yenərək, maksimum nəticə ilə şərikli liderliyini davam etdirirdi. Mərkəzi oyundan “Bakı alovu” qalib ayrılıb. Beləliklə, inamlı qalibiyyət sayəsində “Baku Fire” liderliyini davam etdirir. Hərçənd ADBTİA U-19-a böyük hesabla qalib gələrək zirvədə qərarlaşıb. Başqa sözlə, maksimumçulardan biri sıradan çıxsa da, hazırda çempionatda ikihakimiyyətlikdi. “Standard” isə 3-cü yeri də əldən verib. “Yasamal”ın ikinci komandası “Sovetski”ni 12:1 hesabı ilə darmadağına məruz qoyaraq, liderlərin təqibçisi olub.
Turun nəticələrini nəzərinizə çatdırırıq: Çinar Cəbrayıl –Ulduz 2:9, Green Log - Şərq 2:4, Standard - Baku Fire 1:4, Yasamal-B – Sovetski 12:1, Zəngilan – Füzuli 8:1, AZMİU – Abşeron 8:4, ADBTİA - U-19 4:0, Metropoliten - Baku Fans 6:4.
1. ADBTİA 5 5 0 0 42-3 15
2. Baku Fire 5 5 0 0 29-5 15
3. Yasamal-B 5 4 0 1 32-19 12
4. Standard 5 4 0 1 26-15 12
5. Metropoliten 5 3 1 1 26-23 10
6. AZMİU 5 3 0 2 32-20 9
7. Şərq 5 2 2 1 17-16 8
8. Green Log 5 2 1 2 31-15 7
9. U-19 5 2 1 2 21-16 7
10. Ulduz 5 2 0 3 30-27 6
11. Baku Fans 5 2 0 3 19-16 6
12. Zəngilan 5 2 0 3 15-17 6
13. Abşeron 5 1 0 4 25-40 3
14. Sovetski 5 0 1 4 13-41 1
15. Çinar Cəbrayıl 5 0 0 5 11-38 0
16. Füzuli 5 0 0 5 6-64 0