Sizin reklam burada

Yaxşı ki “Səbail” var…

Title
Yaxşı ki “Səbail” var…
Klublar milli komandaların oyunları ilə əlaqədar Topaz premyer-liqasında yaranan fasilədən istifadə edərək yoxlama oyunlarında gücünü sınayır. “Qəbələ” ilə “Səbail” şənbə günü saat 16.00-da “Bakı”nın təlim-məşq bazasında üz-üzə gəlib. Cari mövsümdə ilk və hələ ki yeganə qələbəsini Bayıl təmsilçisi üzərində qazanan “qırmızı-qaralar” bu dəfə də sevinən tərəf olub. Matçın taleyini 1 qol həll edib. “Qəbələ” ikinci hissədə, konkret 65-ci dəqiqədə Ceyms Adeniyinin vurduğu qol sayəsində meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Qəbələ” premyer-liqanın 8-ci turu çərçivəsində doğma meydanda “Neftçi”ylə, “Səbail” isə səfərdə “Qarabağ”la qarşılaşacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.