Premyer-liqanın 5-ci turu çərçivəsində baş tutan “Keşlə” – Sumqayıt” oyununda yol verdiyi hərəkətə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalanan Anton Diaçenko “kimyaçılar”la yollarını ayırıb. Xatırladaq ki, ukraynalı mütəxəssis matçın 4-cü hakiminə təzyiq göstərdiyinə görə 10 oyun diskvalifikasiya olunmuş və 8 min manat cərimələnmişdi.
Məsələ ilə bağlı “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Rəşad bəy xəbəri təsdiqlədi və Diaçenkonun ailə məsələləri səbəbindən vətəninə yollandığını bildirdi. 26 yaşlı mütəxəssis karyerasını Ukraynada davam etdirəcək.
Bu arada onu da qeyd edək ki, “Sumqayıt” bu gün “Kapital Bank Arena”da “Zirə” ilə yoxlama matçı keçirəcək. Qarşılaşma saat 15.30-da başlayacaq.
RƏŞAD