Dünən futzal üzrə yüksək liqada 4-cü turun oyunları keçirildi. Bəribaşdan qeyd edək ki, tur təxirəsalma ilə yadda qaldı. İranlı legionerlərinin sənəd problemi ilə üzləşən “Cənub Xəzər”in müraciətinə əsasən lənkəranlıların “Yasamal”la görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.
Baş tutan oyunlara gəlincə, günün ilk qarşılaşmasında biabırçı nəticə qeydə alındı. “Ekol” aşkar autsayder “Yasamal” İSK-yə rəhm etmədi. Görüşdə 25 qol vuruldu ki, “şirkət təmsilçisi” 21:4 hesablı darmadağına imza atdı. Bu oyunda poker, het-trik, dubl – hər nə desən, var idi. Görüş həm də yubileylərlə əlamətdar oldu. Bu matça qədər yüksək liqada 1396 qol vurmuş “Ekol” qollarının sayını 1400-ə çatdırdı. Tarixi qolun müəllifi Samir Həmzəyev oldu. Onun 8-ci dəqiqədə vurduğu qol yubileyin qeyd edilməsinə imkan verdi. Cari mövsümdə 100-cü qol da “Ekol” – “Yasamal” İSK qarşılaşmasında vuruldu. Samir Məstiyevin 26-cı dəqiqədə vurduğu qol mövsümün ilk üçrəqəmli yubileyidi. Bu oyunda iki ildən sonra daha bir göstərici yeniləndi. Bir oyunda 20-dən artıq qol vuran komanda “Ekol” oldu. Əslində Radik Əhmədovun yetirmələrini məhsuldarlıq göstərməyə sövq edən prinsipial səbəb var idi. Komanda əzəli rəqibi “Neftçi”ni geridə qoymaq istəyirdi və buna nail oldu.
“Araz”ı “Liman”la duelə qapıçılarla işləyən məşqçi Ağakərim Həsənov çıxarmışdı. Belə ki, baş məşqçi Joze Alesio da Silva ÇL-dən dərhal sonra Braziliyaya yollanıb. Maraqlıdı ki, dünən Ağakərim Həsənovun 63 yaşı tamam olurdu. Elə komanda da qələbəni ona ithaf edəcəyini bildirmişdi. Oyunu əks-hücumlarda quran “Liman”ın startda 3 real qol imkanı oldu. Fatihzadə və kapitan Musəvi əlverişli fürsətləri qaçırdı. Ümumiyyətlə, debütantda anlaşma problemi hiss olunurdu. “Araz”da isə keyfiyyət fərqi hər addımda sezilir. Görünür, əvvəlki turlarda fikri Çempionlar Liqasında olan çempion artıq tam gücü ilə oyunlara köklənməyə başlayıb. Bəribaşdan qeyd edək ki, komanda bu oyunda itki ilə üzləşdi. Kənan Manafov bir neçə dəqiqəlik meydana çıxsa, sarı vərəqə alsa da, zədəli olduğuna görə sonrakı dəqiqlərdə oyunda iştirak etmədi. Naxçıvan təmsilçisi rəqibin müqavimətini 10-cu dəqiqədə qırdı. İsa Atayev hesabı açdı. Hissənin ikinci yarısında daha 3 qol vuran “Araz” fasiləyə 4 topluq fərqlə yollandı. İkinci yarı daha gərgin alındı. Düzdü, naxçıvanlılar yenə rəqibini 4 dəfə cəzalandırdı. Ancaq “Liman” bu qollardan üçünün əvəzini çıxa bildi. Beləliklə, 8:3 hesabı ilə qalib gələn “Araz” zirvəyə yüksəldi. Ancaq “Ekol”la “Neftçi”nin çempiondan bir oyun az keçirdiyini də qeyd edək. 4-cü tur
Ekol – Yasamal İSK 21:4 (8:1)
Ekol: 1. İntiqam Babayev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 77. Sərxan Məstiyev, 33. Ələsgər Ələsgərli; 99. Emin Kürdov, 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 7. Faiq Əliyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov.
Baş məşqçi: Radik Əhmədov.
Yasamal İSK: 23. Ceyhun Nağıyev (k), 11. Amil Əlimirzəyev, 10. Məhəmməd Eyniyev, 7. Mahir Eyniyev, 9. Nihad Mahmudov; 1. Ayxan Məmmədov, 8. Xəyal Abbasov, 77. Bəxtiyar Əhmədov.
Direktor: Azər Əmənov.
Qolllar: S.Məstiyev, 1 (1:0). S.Məstiyev, 5 (2:0). R.Əhmədov, 5 (3:0). S.Həmzəyev, 8 (4:0). F.Ələkbərov, 15 (5:0). R.Əhmədov, 16-öz qapısına (5:1). S.Həmzəyev, 16 (6:1). F.Atakişiyev, 17 (7:1). Ə.Ələsgərli, 19 (8:1). R.Əhmədov, 21 (9:1). N.Məmmədkərimov, 22 (10:1). N.Məmmədkərimov, 23 (11:1). F.Atakişiyev, 25 (12:1). N.Məmmədkərimov, 25 (13:1). S.Məstiyev, 26 (14:1). Z.Fərziyev, 26 (15:1), Ə.Abasov, 27 (16:1). S.Məstiyev, 28 (17:1). Ə.Ələsgərli, 29 (18:1). N.Məmmədkərimov, 30 (19:1). F.Atakişiyev, 30 (20:1). R.Əhmədov, 32 (21:1). X.Abbasov, 33 (21:2). X.Abbasov, 38 (21:3). X.Abbasov, 40 (21:4).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Fuad Həsənov.
Hakim-inspektor: Vaqif Ayvazov.
12 oktyabr. Bakı İdman Sarayı.
Araz – Liman 8:3 (4:0)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev; 1. Kamran Hacıyev, 9. Oqtay Rüstəmli, 10. Nihad İsmayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə, 20. Kənan Manafov.
Məşqçi: Ağakərim Həsənov.
Liman: 12. Seyid Əhməd Yaqubi, 4. Vahid Seydi, 7. Hüseyn Fatihzadə, 8. Seyid Musəvi, 11. Seyid Məhəmməd Musəvi (k); 1. Əlirza Səfəri, 5. Mahir Dunyamalıyev, 6. Hikmət Hüseynov, 9. Əhmad Qarani, 10. Camal Mahmudov, 77. Zaur Nuruzadə, 88. Vüqar Raqimov, 99. Həmid Modhuhari.
Baş məşqçi: Zaur Əliyev.
Qollar: İ.Atayev, 10 (1:0). A.Həbibov, 12 (2:0). İ.Atayev, 16 (3:0). X. Bağırov, 19 (4:0). H.Fatihzadə, 24 (4:1). R.Çovdarov, 27 (5:1). Z.Nuruzadə, 28 (5:2). X.Bağırov, 33 (6:2). X.Bağırov, 34 (7:2). H.Fatihzadə, 36 (7:3). O.Rüstəmli, 40 (8:3).
Vərəqələr: K.Manafov, 7. R.Hüseynli, 24. S.M.Musəvi, 27 – sarı.
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Azad Mütəllimov.
12 oktyabr. Bakı İdman Sarayı.
1. Araz 4 3 1 0 24-8 10
2. Ekol 3 3 0 0 29-10 9
3. Neftçi 3 3 0 0 23-10 9
4. Liman 3 1 0 2 17-16 3
5. Yasamal 2 0 1 1 7-8 1
6. Xəzər Cənub 3 0 0 3 9-13 0
7. Yasamal İSK 4 0 0 4 10-56 0