Sabah (Bakı) - Sumqayıt 3:1 (1:0)
92. Stas Pokatilov (k) - 5,5
27. Timoteuş Puxaç - 6,0
40. İqor Noqeyra - 6,0
3. Stiv Solvet - 6,0
80. Akim Zedadka - 6,0
10. Aleksey İsayev - 6,5
(22. Zinedin Uld Xaled, 84) - qiymətsiz
13. İvan Lepinitsa - 6,0
7. Umarali Raxmonaliyev - 6,0
(6. Abdulax Xaybulaev, 84) - qiymətsiz
21. Velko Simiç - 7,5
(9. Xəyal Əliyev, 84) - qiymətsiz
20. Coy-Lens Mikels - 7,0
(99. Patrik Mbina, 87) - qiymətsiz
11. Kahim Parris - 7,0
(70. Cesse Sekidika, 74) - 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
12. Rauf Əyyubov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmirov
53. Andrey Santos
83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Velko Simiç
22. Xəyal Fərzullayev - 5,0
75. Nadir Orucov - 5,0
33. Daniel Beskorovaynı - 5,0
72. Rayan Senhadji - 5,0
(3. Höccət Haqverdi, 74) - 5,0
97. Vüsal Paşayev - 4,5
71. Masaki Murata - 4,5
(10. Nikola Ninkoviç, 60) - 5,0
6. Sedrik Badolo - 5,0
8. Səbuhi Abdullazadə (k) - 6,0
11. Aleksa Yankoviç - 5,0
(95. Nsana Simon, 68) - 5,0
23. Ronaldo Vaskes - 5,0
(7. Rüstəm Əhmədzadə, 60) - 5,0
9. Aleksandr Ramalinqom - 5,0
(21. Nihad Əhmədzadə, 74) - 5,0
Ehtiyat oyunçular
12. Murad Ağamalıyev
56. Aftandil Arixov
29. Emil Mustafayev
24. Sənan Muradlı
37. Nihad Orucəli
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Səbuhi Abdullazadə
Qollar: K.Parris, 24 (1:0, V.Simiç). C-L.Mikels, 49 (2:0, V.Simiç). V.Simiç, 71 (3:0, A.İsayev). N.Simon, 90+1 (3:1, S.Abdullazadə).
Vərəqə: K.Parris, 34 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Kamranbəy Rəhimov (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
19 mart. Bakı. “Bank Respublika Arena”. 1000 tamaşaçı (8900 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Təbii ki, avrokuboklara vəsiqə uğrunda mübarizədən çəkilən "Sumqayıt"ın liderin - "Sabah"ın meydanından qələbəylə ayrılmaq ehtimalı az idi. Hər halda, "Qarabağ"ın qarabaqara izlədiyi Masazır təmsilçisi "doğma divarlar" arasında xal itirsə, birinciliyi ciddi təhlükə altına düşəcəkdi. "Bayquşlar" buna imkan vermədi.
İlk dəqiqələrdən daha fəal və istəkli oyunla özünü yaxşı tərəfdən göstərən meydan sahibləri əhəmiyyətli qələbə qazandı. İlk təhlükəli vəziyyəti 11-ci dəqiqədə gerçəkləşdirən meydan sahibləri Simiçin Xəyalı "nişan alması" üzündğn sevinə bilmədi. Ardından Parrisin qapıya paralel ötürməsi Puxaçın fərqlənməsi üçün şərait yaratdı. Ancaq polşalı da Simiçin aqibətiylə üzləşdi. Bir qədər sonra Noqeyra qeyri-dəqiq zərbə ilə yadda qaldısa, Xəyal Parrisin adını tabloya yazdırmasına mane oldu. Masazır təmsilçisinin ardıcıl hücumları 24-cü dəqiqədə fayda verdi. Hər şey Simiçin topu Muratadan "oğurlayaraq" cərimə meydançasına çatdırmasıyla başladı. Burda "kürə"ni qarşılayan Parris hesabı açdı. "Sabah" birinci hissənin qalan vaxtında fərqi artırmağa çalışsa da, istəyinə çatmadı.
Gərgin mübarizə ikinci hissədə də davam etdi. Meydan sahibləri 49-cu dəqiqədə növbəti qol sevincini yaşadı. Vüsalın qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən Parris cərimə meydançasındakı Mikelsi vaxtında gördü. Belədə bəxtini sınayan almaniyalı fərqləndi. "Bayquşlar" qalan vaxtda daha iki qol vurdu. Simiçin 62-ci dəqiqədəki qolu oyundankənar vəziyyətdə olması səbəbindən sayılmadı. Lakin növbəti dəfə şans qazanan serbiyalı meydanı qolsuz tərk etmədi: 71-ci dəqiqədə Alekseyin küncdən göndərdiyi "kürə"ni "çərçivə"dən keçirdi. "Sumqayıt"ın gücü yalnız təsəlli qoluna çatdı. "Kimyaçılar" 90+1-ci dəqiqədə Səbuhinin ötürməsi, Simonun dəqiq zərbəsi sayəsində fərqi azaltdı.
Beləliklə, "Sabah" martı da məğlubiyyətsiz başa vurdu. Zarafat deyil, "bayquşlar" 7 aydı uduzmur! "Sumqayıt"ın qələbə həsrəti isə 7 oyuna çatdı.
KƏNAN BAHADIR