• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mütəxəssislər oyunu yox, nəticəni qabartdı

Yığma

14-10-2018, 15:0

Mütəxəssislər oyunu yox, nəticəni qabartdı
Mircavadov: “Bu qələbə psixoloji baxımdan böyük önəm daşıyır”
Rzayev: “Səfərdə qazanılan 3 xala dönüş nöqtəsi kimi baxmaq olar”

Səfərdə Farer adaları üzərində qazanılan qələbədən sonra hamı Malta ilə görüşdə də yığmadan eyni nəticəni gözləyir. Bazar günü Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada Qurban Qurbanovun rəhbərlik etdiyi milli “büdrəsə”, demək olar ki, qrup birincisi olmaq şansını əldən verəcək. Düzdü, Farer adaları ilə qarşılaşmadan sonra ölkənin əsas komandasında ab-hava yüksəkdi, futbolçularda özünəinam yaranıb. Ancaq Torshavndakı matç bir daha göstərdi ki, Qurbanovun komandasında çatışmazlıqlar var və ani dəqqətsizlik milliyə baha başa gələ bilər.
Srağagün keçirilən Farer adaları və sabah baş tutacaq Malta ilə oyunla bağlı mütəxəssilərin rəyini öyrənməyi lazım bildik. Öncə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu aradıq: “Farer adaları ilə qarşılaşmada bizə baxımlı oyun yox, sərfəli nəticə vacib idi. Çünki 2 heç-heçədən sonra növbəti xal itkisi bizə baha başa gələ bilərdi. Yəni istənilən hesablı qələbə lazım idi. Oyunu zəif keçirə bilərlər, ancaq komandanın özünə gəlməsi üçün hansısa qələbə vacibdi. Yığmamız səfərdə böyük hesabla qalib gəldi ki, bu da kollektivə müsbət yöndə təsir göstərəcək. Mənfi və müsbət məqamlar haqda Malta ilə oyundan sonra daha ətraflı danışmaq olar. Çünki bu qələbə psixoloji baxımdan böyük önəm daşıyır. Bundan sonra Malta ilə qarşılaşmaya sakit hazırlaşmaq olar. Müdafiədə yol verilən səhvlərə gəlincə,yaddan çıxarmayaq ki, Rahil Məmmədovla Bədavi Hüseynov ilk dəfə millidə tandem təşkil etdilər. Qurban Qurbanov gənc futbolçuya şans verdi ki, bu da yaxşı amildi. Bunu alqışlayıram. Təbii ki, onların mövqe səhvləri oldu. Məhz belə səhvlərdən sonra rəqib fərqlənməyə çox yaxın oldu. Qara Qarayev 2 topu qapı xəttindən çıxardı. Yəqin ki, baş məşqçi müdafiəçilərin səhvini bir daha təhlil edib, nəticə çıxaracaq. Ümumiyyətlə, görüləsi iş çoxdu. Bir-bir saysaq, vaxt aparar. Fikrimcə, əsas müsbət cəhət odu ki, uşaqlar qələbəni çox istəyirdilər və qarşıya qoyulan məqsədə də çatdılar. Rüfət Dadaşovun uzun fasilədən sonra yığmaya dönüşünü də xüsusi vurğulamaq lazımdı. Rəqibin müdafiəçilərini təzyiq altında saxlamaq üçün Rüfət kimi mərkəz hücumçusuna ehtiyac var idi. Ötürmələr zamanı topu qəbul edib, cinahlardakı boşluqları yaxşı görürdü. Həmin mövqedə oynayan futbolçular da boş sahəyə yaxşı açılırdılar. Yenə deyirəm, iş çoxdu. Farer adaları ilə oyunda müdafiədə etdiyimiz səhvlər Malta ilə görüşdə olmamalıdı. Heç nə birdən-birə həll olunmur. Zamana ehtiyac var. Əsas qələbə idi, buna görə komandanı təbrik edirəm”.
Veteran futbolçu Vidadi Rzayev də, demək olar ki, eyni fikirləri səsləndirdi: “Bu gün nədənsə bir çoxları qələbəni unudub, yığmanın oyunundakı səhvləri qabardır. Bəli, Farer adaları ilə qarşılaşma baxımlı oyunların siyahısında deyil. Futbol tariximizdə millinin daha parlaq qələbələri olub. Ancaq nəticə baxımından hər şey istədiyimiz kimi alındı. Səfərdə qazanılan 3 xala dönüş nöqtəsi kimi baxmaq olar. Malta ilə oyundan öncə belə qələbə bizə mütləq lazım idi. Fikrimcə, indi futboçular bu oyunu unudub, Malta ilə matça köklənməlidi. Həmin görüşdə yol verilən səhvlərə görə də oyunçuları təzyiq altında saxlamaq düzgün deyil. Onları tənqid etmək üçün qarşıda hələ çox vaxtımız olacaq. Hazırkı məqamda ən yaxşısı milliyə dəstək olmaq, Malta ilə görüşdə tribunaları doldurmaq lazımdı ki, yığma üzvlərinə əlavə motivasiya mənbəyi olsun”.
RƏŞAD

Oxunub: 939
Paylaş:
Digər xəbərlər

Foto

3-04-2018, 00:0

Elçin Rəhmanov rəqibləri təriflədi

Yığma

31-08-2018, 16:0

Yığmanın Malta ilə oyununun biletləri satışda

Yığma

25-11-2018, 15:0

U-19 Portuqaliyaya, U-17 Farer adalarına yollanacaq

Ölkə futbolu

14-10-2018, 15:0

“Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm”

Manşet

26-01-2018, 23:0

Millətlər Liqasının təqvimi də münasibdi

Dünya futbolu

5-06-2022, 00:0

Türkiyədən darmadağın, İngiltərə uduzdu

Aktual
“Olimpiakos”un futbolçuları “Qəbələ”yə təşəkkür etdi – Famil Xəlilov səbəbi açıqladı
“…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama
Gözəl ABŞ-da nə görüb?
“Qısası, “udacam” deməklə olmur da, əzmkarlıq, həvəs göstərməlisən”
“Sabah səhər 4.20-də Afinaya yollanırıq” – dedi və bədbin danışdı
Mingəçevirdə “istefa” şüarları səsləndi
Son xəbərlər
  • Bu gün, 18:36
    Çox-çox maraqlı açıqlama: “İstefa varsa, deməli, rəqabət var”
  • Bu gün, 18:18
    “Qapımız önündə təhlükəli vəziyyət olmadan 0:2 uduzuruq” – istefa verən məşqçi nədən narazıdı?
  • Bu gün, 17:32
    “Olimpiakos”un futbolçuları “Qəbələ”yə təşəkkür etdi – Famil Xəlilov səbəbi açıqladı
  • Bu gün, 17:11
    AFFA-dan son cavab: bir-iki gün də gözləyin!
  • Bu gün, 16:50
    Bilel şou göstərdi, tovuzlular yubiley oyununda darmadağın oldu - REPORTAJ
  • Bu gün, 16:31
    Kubokda yola davam: iki günə 9 oyun - YENİLƏNİR
  • Bu gün, 16:29
    "Sarpsborq" oyunda "Molde" necə təsir bağışladı? - REPORTAJ
  • Bu gün, 16:08
    Adil Şükürov xalla başladı - REPORTAJ
  • Bu gün, 15:57
    “Neftçi” qələbəni son anda əldən verdi - REPORTAJ
  • Bu gün, 15:36
    “…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama
  • Bu gün, 15:15
    Əla təşkilatçılıq, zəif film: Qurban Qurbanovun karyerasına yaraşmadı!
  • Bu gün, 14:54
    “Qarşımıza qoyulan hədəf Allahın köməyi ilə premyer-liqaya yüksəlməkdi” – təyinatdan dərhal sonra dedi
  • Bu gün, 14:33
    ''Borussiya'' da ərəblərin əlinə keçəcək?
  • Bu gün, 14:12
    “Molde” – “Qarabağ” oyununun hakimləri
  • Bu gün, 14:00
    Pley-offa daha kimlər vəsiqə qazanacaq? - YENİLƏNİR
  • Bu gün, 13:51
    "Qarabağ" - "Həkken" oyununun biletləri satışda
  • Bu gün, 13:30
    “Sumqayıt”la heç-heçə “Zirə”ni zirvədən saldı - REPORTAJ
  • Bu gün, 13:09
    Namik Ələskərov Qara Qarayevə inanır
  • Bu gün, 12:58
    Gözəl ABŞ-da nə görüb?
  • Bu gün, 12:37
    “Qısası, “udacam” deməklə olmur da, əzmkarlıq, həvəs göstərməlisən”
  • Bu gün, 12:16
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:55
    "Turan Tovuz"un kubok oyunu 1 manata
  • Bu gün, 11:34
    Ölkə çempionatında 3-cü tura start verilir
  • Bu gün, 11:13
    Taekvondoçularımız “Balkan Cup”da 2 qızıl medal qazandı
  • Bu gün, 10:52
    Ramiz Məmmədov futbolçulara təqdim edildi
  • Bu gün, 10:31
    De Byazi ölkəmizdəki işinə görə özünə tərif yağdırdı
  • Bu gün, 10:00
    “Kür” vahid liderdi
  • Dünən, 23:51
    Prezidentlə dalaşdı, müqaviləsini ləğv etdi
  • Dünən, 23:30
    Balotelli italiyalı hücumçulara söz atdı...
  • Dünən, 23:15
    Kənan Yıldızın meneceri onu Arda Gülərdən üstün sayır
  • Dünən, 22:51
    Braziliya yığması statusunu niyə itirib?
  • Dünən, 22:30
    “Top-5”də 767 milyon dollarlıq ziyan
  • Dünən, 22:07
    "Mingəçevir"də istefa
  • Dünən, 21:51
    Budva fiaskosuna sözardı
  • Dünən, 21:30
    Kənan Kərimov “Karvan”ı çempionluğa iddialı sayır
Daha çox
Oxunub: 2 781
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 2 415
Türkiyə klubu Mutunun qara siyahısında olan futbolçu ilə maraqlanır
Oxunub: 1 867
Bu komanda Xankəndini təmsil edəcək?
Oxunub: 1 784
Samir Əliyev adaşını bağışlamamalıdı
Oxunub: 1 647
Turan Manafov tualetə gedib?
Oxunub: 1 616
"Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə