Sizin reklam burada

Faiq Qarayev məşqçi karyerasını başa vurdu

Baxış Sayı:1 223

Faiq Qarayev məşqçi karyerasını başa vurdu
Natalya Məmmədova isə yığmadan getdi
Əslində nə vaxtsa baş verəcəkdi. Sadəcə, belə tez və bu cür getməsi… Bu xəbəri sizinlə böyük təəssüf hissi ilə bölüşürük. Voleybolumuzun inkişafında böyük xidmətləri olan, klub və yığma səviyyəsində kiçik ölkə sayılan Azərbaycana uğurlar qazandıran Faiq Qarayev məşqçilik karyerasını başa vurub. 59 yaşlı təcrübəli mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar belə qərar qəbul edib.
Qarayev zaman-zaman yığma və klub karyerasına müvəqqəti fasilə verib. Rəhbərlik etdiyi komandaları müəyyən zaman kəsiyində köməkçilərinə tapşırıb. Amma hər dəfə də kənarda qalması ilə barışmayıb, yenidən sevimli işinin başına dönüb. Yaponiyada keçirilən DÇ-də, konkret İtaliya ilə oyunun gedişində də səhhəti pisləşdiyinə görə həkim yardımına ehtiyac ehtiyac duymuşdu. Görünür, həkimlər ona artıq davam etməyin mümksüzlüyünü, əsəb və stressin sağlamlığına daha ciddi zərbə vuracağını deyiblər.
Qısaca qeyd edək ki, qadınlardan ibarət yığmamız Faiq Qarayevin rəhbərliyi altında 4 dəfə DÇ, 7 dəfə AÇ-nin final mərhələsində oynayıb. “Azərreyl” ilə ÇL-in “4-lər finalı”nın (2004) iştirakçısı olub, “Top-komandalar” kubokunu (2002) qazandırıb. Azərbaycan məşqçilik sexinin ən istedadlı və ən uğurlu nümayəndəsi bundan sonra Voleybol Federasiyasının birinci vitse-prezidenti postunda fəaliyyətini davam etdirəcək.
Qarayevin yığmaya qazandırdığı Natalya Məmmədovanı da yığmanın heyətində görməyəcəyik. 34 yaşlı voleybolçu milli karyerasını bitirdiyini açıqlayıb. Ukraynanın Donetsk şəhərində anadan olan Məmmədova bundan sonra bütün diqqətini klub karyerasına ayıracaq. Onun Qazaxıstan klublarından birində davam etdirəcəyi gözlənilir.
KƏNAN HƏSƏNOV

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR