
Ölkə futbolu
763
11.10.2018, 18:39
Stuxliklə AFFA-da görüş
Dünən AFFA-nın inzibati binasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik Topaz premyer-liqasında çıxış edən klubların baş məşqçiləri və nümayəndələri ilə görüşüb. Tədbirdə fikir mübadiləsi aparılıb, klub nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Həmçinin müvafiq tövsiyələr verilib, bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb.