• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mütəxəssislər Alesioda günah görmür

Foto

9-10-2018, 19:0

Mütəxəssislər Alesioda günah görmür
Ağatahir Əzimov: “Futzalçı yetişdirmək mümkündü, yetər ki, məktəb olsun”
Ağarza Rzayev: “Anlaşma problemi var, ehtiyat qüvvə kasaddı”

“Araz” ötən həftəyə “damğa vurdu”. Millinin də baş məşqçisi olan Joze Alesio da Silvanın komandası Çempionlar Liqasında faciə yaşadı. Naxçıvan təmsilçisi əsas mərhələ çərçivəsində Slovakiyada keçirdiyi üç oyunun heç birində qələbə qazana bilmədi və mübarizəni dayandıraraq, Bakıya “əli ətəyindən uzun döndü”. Azərbaycan futzalının siması sayılan, millinin bazası hesab olunan komandanın sırf yerlilərlə qatıldığı ilk turnirdə fiaskoyla üzləşməsi birmənalı qarşılanmadı.
Ölkə futzalının üzdə olan simalarına müraciət edib “Araz”ın uğursuzluğuna şərh vermələrini istədik.
19 yaşadək futzalçılardan ibarət yığmanın baş məşqçisi Ağatahir Əzimov üçün “Araz”ın fiaskosu sürpriz olmayıb: “Mənim üçün təəccüblü olmadı. Çünki komanda Slovakiyaya yenilənmiş heyətlə gedib. Heyətin tən yarısı isə cavan uşaqlardı, aralarında debütantlar var. Siz də tanıyırsız, bəziləri ötən mövsüm birinci liqada çıxış edib. Belə götürəndə yüksək liqa təcrübələri belə azdı, nəinki “Araz”la ÇL-də oynamaq. Əvvəl komandada braziliyalılar var idi, ilk “4-lük” onlardan formalaşdırılırdı. Böyür-başlarında da 4-5 yerli futzalçı var idi. Məşqçi yerlilərinə dinclik verəndə bizim uşaqları meydana buraxırdı. Bilirdin ki, bu bir neçə dəqiqə ərzində yerlilər hesabı qoruya biləcək. Ancaq indi braziliyalıların əvəzləyiciləri bu gün əsas heyətdə oynayır, 4-5 cavan uşaq ehtiyatda qalır. Alesio gəncləri oyuna buraxmağa ürək eləmir, vaxta işləmək və meydandakılara dinclik vermək, tempi aşağı salmaq üçün komandanı qapıçısız oynadır. Bu isə risklidi. Sözün həqiqi mənasında komandanın gücü çatmadı. Qırmızı vərəqələr və zədələr də həddən artıq yorğun olmaqdan irəli gəlir. Görəndə ki, etmək istədiyi alınmır, dəstək yoxdu, oyunçu əsəbləşir, emosiyalarına hakim ola bilmir və belədə vərəqə alır. Həddən artıq yüklənəndə zədə riski də artır. Bildiyimə görə, Rizvan məhz zədələndiyi üçün son qarşılaşmada oynamayıb, 3 nəfər də cəzalı olub. Onsuz da kasad heyətin 4 əsas üzvünün yoxluğu son oyunda özünü aşkar göstərdi. Təcrübəli kim var: Rizvan, Xətai, İsa, Rövşən, Ramiz, vəssalam. Braziliyalıların vaxtında Samir Həmzəyev ehtiyatda qalırdı, bu gün əsas oyunçu gözüylə baxılır. Bir sözlə, bu qədər problemin fonunda komandadan uğurlu çıxış gözləmək olmazdı. Şans da təmsilçimizdən üz döndərdi. Qrupdakı komandaların hamısında legionerlər oynayır. Həm “Vytis”də, həm də “Luçeneç”də braziliyalılar var. Onların ən zəifinin səviyyəsi isə yerlilərdən üstündü, bunu hər kəs bilir. Malta çempionunda tanıdığım 2-3 gürcü var. Demirəm gürcülər bizdən üstündü, onları udmaq olardı. Ancaq 2 qırmızı vərəqə işləri korladı. Alesioda heç bir günah görmürəm. Onun məşqçilik bacarığına hər kəs bələddi. Komandanın üzərinə çox getməyin də tərəfdarı deyiləm. Onsuz da bu heç nəyi dəyişmir. Qoy bir il boşa verilsin, amma yerlilər oyun təcrübəsi qazansın”.
Təcrübəli futzalçı vəziyyətdən çıxış yolunu da göstərdi: “Araz” legionerlərdən imtina edib, yerliləri oynadır deyə ümid etsək ki, bununla da futzalımız düzələcək, səhv yanaşmadı. “Araz” legioner oynatmır, digər klublar oynadır. Bəyəm “bir güllə bahar” olacaq? Digər tərəfdən, hamı yerli oynatmaq istəsə, xammal çatmayacaq. Futzal məktəblərimiz olmalıdı! Başçılıq etdiyim U-19-dan nümunə çəkim. Mən yığmaya namizəd tapa bilmirəm. Böyük futbolda axtardım, heç kim vermək istəmir. 18-19 yaşlı uşaqlardan kimdə potensial varsa, klubu buraxmır, zəiflər isə əsgərliyə gedir. Reallıq budu. Sağ olsun Zaur müəllim (Futzal Federasiyasının prezidenti Zaur Axundovu nəzərdə tutur), “Keşlə”nin də rəhbəridi deyə 5-6 uşağı o komandadan götürdüm. Ordan-burdan da 2-3 nəfər ayağı top tutan uşaq yığmışam. Əvvəlcə nəticə yox idi, ancaq son vaxtlar istədiyimizi əldə edə bilirik, xallar toplayırıq. Bu onu göstərir ki, bizdə futzalçı yetişdirmək mümkündü, yetər ki, məktəb olsun. Futbolu demirəm. Amma futzal oynamağı bacarırıq”.
Futzal Federasiyasının sabiq prezidenti Ağarza Rzayev də problemə kompleks yanaşmağı təklif edir: “Azərbaycan çempionatı ilə avrokuboklar fərqlidi, orda təzyiq olur, 3-4 gün ərzində üç oyuna çıxırsan. Görünür, komanda turnirə tam hazır ola bilməyib. Açığı, mən yığmanın Qazaxıstanla yoldaşlıq görüşünü izləyəndə bu uşaqların problemlərini gördüm. Anlaşma problemi var idi, ehtiyat qüvvə kasaddı. Buna baxmayaraq, “Araz”ı asıb-kəsməklə heç nə əldə edə bilməyəcəyik. Hələ orda Azərbaycan futzalının qaymaqları çıxış edir. Futbolumuzda olduğu kimi, futzalın da səviyyəsi düşüb, maraq azalıb. Böyük futbolda vaxtilə 20-dən çox klub mübarizə aparırdı. Futbol olmayanda isə futzala axın var idi. Şirkətlər maraq göstərirdi. “Turan AİR”, “Azərneftyanacaq”, “Azfarma”, “Anqloyl”, “Azmetko” və başqa şirkət komandaları var idi. Legionerlər də indiki qədər deyildi. İndi “Araz” braziliyalılardan imtina edir, o birilər iranlıları gətirib doldurub. Nə olsun ki, İranda futzal populyardı, reytinqi var, bizə zəiflər gəlib. Elə bil küçədən tutub gətiriblər. Bu qoca vaxtımda mən onlara “boy verərəm”. Onların Azərbaycan futzalına nə faydası var?
Mən Alesionu günahlandıra bilmərəm. Adamın başının üstündə Allahı var, o, yaxşı mütəxəssisdi. Sadəcə, yayda heyətin yarıdan çoxu dağıldı, komandanın onurğasını təşkil edən oyunçular getdi. Yenidən komandanı ayaqüstə qaldırmaq asan məsələ deyil. İstəsəydilər, iki-üç nəfəri icarəyə götürə bilərdilər. Lap elə güclü oyunçular da gətirməyə gücləri çatardı. Görünür, rəhbərlik perspektivi düşünür ki, öz oyunçularına beynəlxalq təcrübə qazandırsın”.
MİRAĞA

Oxunub: 874
Paylaş:
Digər xəbərlər

İdman / Manşet

28-10-2021, 13:0

"Araz-Naxçıvan"ın oyunu canlı yayınlanacaq - YENİLƏNİR

İdman

31-10-2021, 19:0

"Araz-Naxçıvan" son oyununa çıxdı

Aktual

20-09-2018, 21:0

Alesio yığmanın heyətini açıqladı

Aktual / Manşet

25-03-2022, 17:0

Alesio Rövşənin "Araz Naxçıvan"dan ayrılmasına sevinib - AÇIQLAMA

Aktual
“Baku Fire” bu dəfə özünü yandırdı!
İsveçdən Bakıya azarkeşlər gələcəkmi?
Voleybol Federasiyası Güneyligilə xələf tapa bilmir
“Bəxtiyar Vahabzadə demişkən, tüpürüm sizin tədbirinizə” – AAF-ı “bombaladı”
"Şamaxı" ilə matçda da xırda hakim səhvləri oldu, amma MOİK-lə oyundakı kimi...” – daha bir etiraz
“Dördüncü çeyrəkdə yaxşı oynasaq da, çata bilmədik” – “Sumqayıt”dan etiraf
Son xəbərlər
  • Bu gün, 21:34
    “Baku Fire” bu dəfə özünü yandırdı!
  • Bu gün, 21:23
    “Xankəndi şəhərində oyun keçirməyi ənənəyə çevirmək lazımdı”
  • Bu gün, 21:12
    “Gəncə”dən Cəlilabadda əzmkar qələbə
  • Bu gün, 20:51
    İsveçdən Bakıya azarkeşlər gələcəkmi?
  • Bu gün, 20:40
    İlk “10-luq”da dəyişiklik yoxdu
  • Bu gün, 20:29
    “Bir zibil təşkilat o biri zibil təşkilatı aldı”
  • Bu gün, 20:18
    "Hər iki komanda böyük əzmkarlıq göstərdi" - Rəşad Sadıqov
  • Bu gün, 20:07
    "Qarabağa"a məğlubiyyəti faciəyə çevirməyəcəyik” – 1:6 ilə barışdılar
  • Bu gün, 19:56
    Voleybol Federasiyası Güneyligilə xələf tapa bilmir
  • Bu gün, 19:45
    "Millidən təklif yoxdu, danışmağa dəyməz" - Azər Bağırov
  • Bu gün, 19:34
    "Qəbələ" üçün ən yaxşısını etməyə hazıram" - Elmar Baxşıyev
  • Bu gün, 19:23
    "Çalışacağıq ki, daha yaxşı olaq" - Adil Şükürov
  • Bu gün, 19:12
    "Kəpəz"dən darmadağın, "Zirədə "sülh" - YENİLƏNİB
  • Bu gün, 19:01
    Rövnəq Abdullayev və Sərxan Hacıyev millinin üzvləri ilə görüşdü
  • Bu gün, 17:38
    Elmar Baxşıyev istefanın astanasında
  • Bu gün, 17:17
    Stadion hazırdı, amma başqa söz demirəm...
  • Bu gün, 16:56
    "Səmimi etiraf edim ki, çempionatın bu qədər maraqlı keçəcəyini gözləmirdim”
  • Bu gün, 16:35
    Avropada ən güclü müdafiə ''Real''da imiş
  • Bu gün, 16:14
    “Bəxtiyar Vahabzadə demişkən, tüpürüm sizin tədbirinizə” – AAF-ı “bombaladı”
  • Bu gün, 15:53
    "Şamaxı" ilə matçda da xırda hakim səhvləri oldu, amma MOİK-lə oyundakı kimi...” – daha bir etiraz
  • Bu gün, 15:32
    “Dördüncü çeyrəkdə yaxşı oynasaq da, çata bilmədik” – “Sumqayıt”dan etiraf
  • Bu gün, 15:11
    Düşünün ki, bir tələbəyə hansısa fəndən test imtahanı verən vaxt “3” almaq bəs edir… – “Zirə” – “Araz-Naxçıvan oyununa sözönü
  • Bu gün, 14:40
    "Qəbələ" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 14:19
    “Mahirin Avropada qalmaq şansı çox cüzidi” - sabiq agenti onun “Legiya”ya keçidinin yanlış olduğunu dedi
  • Bu gün, 13:58
    ''Qalatasaray'' bunu tarixində 4-cü dəfə bacardı
  • Bu gün, 13:27
    Ronaldodan tarixi göstərici
  • Bu gün, 12:56
    Azər Həşimov çempionluq mübarizəsinin sonadək davam edəcəyini düşünür
  • Bu gün, 12:25
    “Böyük beşlik” ölkələrinin təcrübəsini ölkəmizdə tətbiq etmək çətindi”
  • Bu gün, 11:54
    İlk dəfə uduzdu, qazondan şikayətləndi
  • Bu gün, 11:35
    Lider aşkar autsayderə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:23
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:52
    “Qarabağ”la oyundan sonra “Hekken”dən ayrılacağam”
  • Bu gün, 10:31
    Bakı metrosunun iş rejimində dəyişiklik - “Qarabağ”a görə
  • Dünən, 23:54
    "Start heyətini düzəltməyə futbolçumuz yoxdu"
  • Dünən, 23:51
    "Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq"
Daha çox
Oxunub: 3 734
Klyuvert Şahruddinə yenə şans verdi, o isə...
Oxunub: 3 202
“Həmin gecə mənə çoxlu zəng oldu”
Oxunub: 2 787
Yakiroviç Mahirin “Dinamo”dan ayrılması üçün əlindən gələni edir
Oxunub: 1 755
Klyuvert “Adanaspor” rəhbərliyinə Şahruddinin superliqa səviyyəsində olmadığını deyib!
Oxunub: 1 676
Mahir Şükürov Əfranın təklifindən İstanbula və …pula görə imtina edib
Oxunub: 1 625
“Mahir Şükürov təklif etdiyimiz məbləğlə razılaşmadığından...” – Əfran pul söhbətinə aydınlıq gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə