Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Naxçıvanlı futbolsevərlər üçün şad xəbər

1-ci divizion klublarının istifadə etdikləri taktiki sxemlər

Yunis Hüseynov: "Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm"

"Turan-Tovuz" akademiyasının açılışı oldu

“Barsa” "Real" üçün xüsusi hazırlaşır

Samir Abasov: "10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Güney Azərbaycanın pisi olan Peyman Babayi

Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu

Ayxan Abbasov rəqabət yaratmağa çalışır

“Alesionun yoxluğu hiss olunmur”

“Bəhramov”un dəyişən rəngi: usta səhvi, yoxsa macərabazlıq?

"Yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm"

"Ötən ilin martından zallara həsrət qalmışıq"
09 okt 14:22İdman
İtalyanlar yığmamıza heç bir şans vermədi

Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında dünən ikinci qrup mərhələsi start götürdü. Yığmamız turnirlə bağlı minimum vəzifənin öhdəsindən gəldyindən, gözləmək olardı ki, italyanlar önündə daha rahat oynayacaq, üzərində heç bir təzyiq hiss etməyəcək. Kobedən Osakaya köçən komandanın dincəlmək, hazırlaşmaq üçün iki gün də vaxtı olmuşdu. Ancaq Faiq Qarayev maraqlı gediş edərək, start heyətini radikal şəkildə dəyişmiş, Polina Rəhimovaya belə şans verməmişdi. Belə görünür ki, təcrübəli baş məşqçi italyanlardan xal almağın mümkünsüzlüyünü anlayaraq, komandasının gücünü növbəti oyunlar üçün qoruyur. Beləliklə, ilk setdə bizimkilər 12:25, üçüncüdə isə 10:25 hesabıyla uduzdu. Yalnız ikinci setdə az-çox müqavimət göstərə bildilər – 19:25.
Azərbaycan yığması bu gün Çinlə qarşılaşacaq.
F qrupu
İtaliya – Azərbaycan 3:0 (25:12, 25:19, 25:10)
İtaliya: Miryam Silla – 17, Kristina Kirikella – 13, Paola Eqonu – 11, Anna Danezi – 7, Lüçiya Bozetti – 6, Ofeliya Malinov – 2; Monika Di Cennaro (l), Karlotta Kambi – 1, Yelena Pyetrini, Beatriçe Parrokyale.
Baş məşqçi: Davide Matsanti.
Azərbaycan: Odina Əliyeva – 7, Natalya Məmmədova – 4, Alyona Həsənova – 4, Ayşən Abduləzimova – 3, Yekaterina Səmədova, Kristina Yaqubova; Yuliya Kərimova (l), Polina Rəhimova – 3, Marqarita Əzimova - 1, Anastasiya Qurbanova - 1, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Anderson Kaçador (Braziliya), Suzana Mariya Rodriges Xativa (İspaniya).
Toplanan xal: 75:41 (hücum – 42:17, blok – 12:3, servis – 3:3, rəqibin səhvi – 18:18).
7 oktyabr. Osaka. Municipial Central Gymnasium arenası. 930 tamaşaçı.
Oyun vaxtı: 1.07 (21+24+22).
Bu qrupda keçirilən başqa oyunların nəticələri ilə də tanış olun: Türkiyə - Rusiya 0:3 (15:25, 17:25, 16:25), Bolqarıstan – ABŞ 0:3 (16:25, 17:25, 11:25), Çin – Tayland 3:0 (28:26, 25:20, 25:23).
İtaliya – 18, ABŞ – 16, Çin, Rusiya – 15, Tayland – 10, Türkiyə - 9, Azərbaycan, - Bolqarıstan – 6.
E qrupu: Meksika – Serbiya 0:3 (19:25, 17:25, 15:25), Almaniya – Braziliya 3:2 (14:25, 19:25, 32:30, 25:19, 17:15), Hollandiya – Puerto Riko 3:0 (25:16, 25:15, 25:20), Yaponiya – Dominika Respublikası 3:2 (25:17, 28:26, 22:25, 25:27, 15:11).
Serbiya – 18, Hollandiya – 17, Yaponiya – 15, Braziliya – 13, Almaniya – 11, Dominika Respublikası – 10, Puerto Riko – 6, Meksika – 3.
Xatırladaq ki, qruplarda ilk üç yeri tutan komandalar növbəti mərhələyə adlayacaq.
Reaksiyalar
Paola Eqonu (İtaliya yığmasının hücumçusu): “Çox gözəl oynasaq da, bəzən köklənmə baxımından çətinlik çəkdiyimizi hiss edirdim. Toparlanmalı və fikrimizi növbəti oyuna yönəltməliyik”.
Davide Matsanti (İtaliya yığmasının baş məşqçisi): “Nəticədən razıyam. Üçüncü mərhələyə adlamaq baxımından yaxşı durumdayıq. Təkmilləşmək üçün imkanlarımız genişdi”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “İtaliya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. İtalyanlar görüş ərzində göstərdikləri yaxşı oyunla bu nəticəyə layiq idilər”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “Hətta nə deyəcəyimi də bilmirəm. İtaliya nə qədər güclü komanda olsa da, biz bu gün yaxşı oyun göstərə bilmədik. Təfəkkürümüzü dəyişməli və növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq”.
HUŞƏNG
Şərh yaz