Dünən birinci divizionda 6-cı tura yekun vuruldu. Turun ikinci oyun günündə 3 matç baş tutdu ki, ikisində qol vurulmadı. “Keşlə-2” “Ağsu”, “Sabah-2” isə “Kəpəz” ilə qolsuz heç-heçəyə razılaşdı. Günün yeganə qalibi isə “Qaradağ Lökbatan” oldu. Komanda “Turan Tovuz” üzərində inamlı qələbə qazandı. Beləliklə, “Qaradağ Lökbatan” bu qələbə sayəsində mövqeyini bir qədər yaxşılaşdıraraq 9-cu yerə yüksəldi və autsayder statusundan müvəqqəti də olsa, qurtuldu.
Birinci divizion
1-ci dövrə, 6-cı tur
4 oktyabr
Keşlə-2 – Ağsu 0:0
Qaradağ Lökbatan – Turan Tovuz 2:0
Rövşən Şahmuradov, 60. Camal Camalov, 70.
Sabah-2 – Kəpəz 0:0
Turun qalan oyunlarının nəticələri: MOİK – Sumqayıt-2 3:0 (Raul Yaqubzadə, 29. Mübarək Şahquliyev, 45. Rəvan Babazadə, 81), Qarabağ-2 – Səbail-2 1:1 (Nihad Tamazov, 90+3 – Nurlan Rzazadə, 19), Zaqatala –Zirə-2 3:1 (Elçin Əlicanov, 3. Cavad Kazımov, 64. Maqsud Ələkbərov, 66 – Ülvi İbrahimov, 27), Neftçi-2 – Şüvəlan 1:1 (Muxtar Əliyev, 48 - Akif Tağıyev, 42-p.).
1. MOİK 6 6 0 0 10-2 18
2. Sumqayıt-2 6 5 0 1 16-5 15
3. Neftçi-2 6 4 2 0 6-2 14
4. Qarabağ-2 6 3 2 1 12-6 11
5. Səbail-2 6 3 1 2 9-10 10
6. Sabah-2 6 2 3 1 4-2 9
7. Zaqatala 6 2 2 2 8-6 8
8. Şüvəlan 6 2 2 2 6-8 8
9. Qaradağ Lökbatan 6 2 1 3 3-8 7
10. Kəpəz 6 1 2 3 4-6 5
11. Turan Tovuz 6 1 1 4 5-10 4
12. Keşlə-2 6 1 1 4 5-8 4
13. Ağsu 6 1 1 4 3-9 4
14. Zirə-2 6 0 0 6 4-13 0
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 5.