“Qarabağ”ın oyunu ilk dəfə Bakıya ayaq basacaq hakimə tapşırıldı
Massa “Arsenal”ın uduzduğu oyunu idarə edib
“Qarabağ” – “Arsenal” görüşünü idarə edəcək hakimlər briqadasında yer alanların adlarına aydınlıq gəlib. UEFA-nın Hakimlər Komitəsi məlum qarşılaşmanı italyanlara həvalə edib. Matçda əsas söz sahibi Davide Massa olacaq. Ona yan xətlərdə Filippo Meli ilə Alessandro Kostanso, qapıların arxasında isə Daniele Doveri ilə Mixael Fabbri kömək edəcək. Fabiano Preti dördüncü hakim funksiyasını idarə edəcək. Referilərin işinə qiyməti bizə yaxşı tanış olan rusiyalı hakim-inspektor Nikolay Levnikov verəcək. UEFA nümayəndəsi isə macarıstanlıdı – İştvan Huşar.
1981-ci ildə anadan olan Davide Massa 2014-dən yaxasında FİFA-nın nişanını daşıyır. Bu müddətdə 34 beynəlxalq oyun idarə edib ki, onların arasında yığmaların yoldaşlıq oyunları, U-17 və U-19, U-21-lərin seçmə mərhələ görüşləri, Gənclər Liqasının qarşılaşmaları, Çempionlar Liqasının seçmə mərhələ matçları və Avroliqanın qrup mərhələsi duelləri var. Əsasən Avropanın ikinci-üçüncü dərəcəli komandalarının oyunlarına təyinat alan Davidenin yolu ingilislərlə çox kəsişib. İngiltərə yığmasının, bu ölkənin U-19-unun və “Hall Siti”nin oyunlarında ədaləti qoruyub. Meydanda “Arsenal” formasında top dalınca qaçanların görüşündə də fit çalıb. Lakin bu, “topçular”ın əsas yox, 2015/16 mövsümündə Gənclər Liqasında oynayan komandası olub. Həmin oyunda londonlular pley-off qarşılaşmasında səfərdə “Anderlext”ə boyun əyiblər – 0:2.
Bizimkilərin oyununa isə cəmi bir dəfə təyinat alıb. 2014-cü il iyulun 17-də, başqa cür desək, Avroliqanın 2014/15 mövsümünün ikinci təsnifat mərhələsində “İnter” səfərdə “Elfsborq”un qonağı olanda idarəçilik bir neçə ay əvvəl beynəlxalq dərəcəli hakim statusu almış Massanın boynunda idi. Gərgin keçən və Slavço Georgievskinin vurduğu yeganə qolla qələbə qazanan “bankirlər”in matçında italyan referi 7 sarı vərəqə göstərib ki, bunlardan cəmi ikisi bizimkilərin payına düşüb. Matiya Şpiçiçlə Derlis Meza Kolli cəzalanıb.
Massa cəmi 4 ildi beynəlxalq oyunlara təyinat almasına baxmayaraq, heç də “az aşın duzu” deyil. 37 yaşlı hakim 11 dəfə penalti nöqtəsini göstərib ki, 7 halda meydan sahiblərini cəzalandırıb. 6 qırmızı vərəqə isə bərabər bölünüb. Sarı vərəqələrdə üstünlük meydan sahiblərinin tərəfindədi – 67-71.
HƏBİB


Son xəbərlər

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Nazir Sumqayıtda idmançılarla görüşdü

Uğursuzlar üçün ikinci şans - KÖŞƏ

Türkiyə yığması növbəti iki oyunu harda keçirəcək?

Bütün xəbərlər