"Astana"nın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike ötən mövsüm çıxış etdiyi "Qarabağ"ı yada salıb. Klubun rəsmi telekanalına müsahibə verən futbolçu Qazaxıstan və çıxış etdiyi başqa ölkələrdəki azarkeş dəstəyini müqayisə edərkən bunları söyləyib: “Azərbaycanda da eyni durum idi. Çempionlar Liqasının oyunları vaxtı təkcə “Qarabağ” azarkeşləri yox, bütün ölkə komandanı dəstəkləyirdi. “Astana”dakı debütüm zamanı stadiondakı ab-hava mənim üçün sürpriz oldu. Yadıma gəlir, oyunlar vaxtı Yunanıstanda çılğın atmosfer olurdu. Çünki orda azarkeşlər öz komandalarına daha çox dəstək verirlər”.
Qeyd edək ki, Pedro "Qarabağ"da olduğu kimi, “Astana”da da icarə əsasında çıxış edir. “Sambaşı ÇL-də ilk qolumuzun müəllifi kimi tarixə düşüb.