• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbol ailəsində yeni ad

Aktual

3-10-2018, 19:0

Futbol ailəsində yeni ad
Elxan Məmmədov: “Mahirlə Ruslan növbəti qolu “Procter&Gamble”ə həsr edəcək”
Dünən Bakı Olimpiya Stadionunda AFFA ilə dünyanın tanınmış şirkətlərindən biri olan "Procter&Gamble” arasında tərəfdaşlığa dair müqavilə imzalandı. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, şirkətin Azərbaycan və Gürcüstan üzrə baş direktoru Değer Kurtaslanoğlu ilə yanaşı, millinin baş məşqçisi Qurban Qurbanov, ölkənin əsas komandasının üzvləri Ruslan Qurbanov və Mahir Mədətov da iştirak edirdi.
Əvvəlcə onu bildirək ki, tədbir saat 10-na planlaşdırılsa da, bir qədər gec başladı. Ona qədər isə tədbirə dəvət olunan qonaqlar, media nümayəndələri iki-iki, üç-üç qruplara bölünərək bir tərəfə çəkilib söhbət etməklə yadda qaldılar. Tədbirə deyilən vaxtdan 30 dəqiqə əvvəl gələn Qurban bəy "Procter&Gamble” şirkətinin baş direktoru ilə ikilikdə söhbətləşirdi. Onların şirin-şirin danışmasından belə qənaətə gəlmək olardı ki, hər iki şəxs bir-birini çoxdan tanıyır. Ancaq hardan? Bu sual çoxlarını düşündürsə də, cavabını doğru-dürüst bilən yox idi. Sonradan məlum oldu ki, yığmanın çalışdırıcısı illər öncə P&G ilə əməkdaşlıq edib. Daha dəqiq desək, Qurbanov “Gillette”in reklam simalarından biri olub. Hadisələri qabaqlayaraq onu da qeyd edək ki, bununla bağlı hətta tədbirdə Qurban bəyə sual da ünvanlandı. 46 yaşlı mütəxəssis bir neçə il əvvəl yaşanan əməkdaşlığı yada salaraq bunları söylədi: “Bəli, vaxtilə şirkətlə işbirliyimiz olub. Ancaq indiki məqamda bu əsas deyil. Əsas odu ki, "Procter&Gamble” kimi tanınmış şirkət AFFA ilə əməkdaşlıq edəcək. Ola bilsin, onlara baxıb başqa tanınmış şirkətlər də ölkədə futbolun inkişafına yatırım etmək fikrinə düşələr”.
Tədbirə gəlincə, ilk söz assosiasiyanın baş katibi Elxan Məmmədova verildi. Məmmədov qonaqları salamladıqdan sonra Azərbaycan futbol ailəsinə yeni üzvün qoşulduğunu bildirdi: “Gündəlik həyatımızın hər addımında məhsullarından istifadə etdiyimiz bu şirkət artıq futbolda da fəal olacaq. Əməkdaşlığa görə P&G-ə təşəkkür edirəm”.
Şirkətin Azərbaycandakı baş direktoru Değer Kurtaslanoğlu gördükləri işlərdən və idmana verdikləri dəstəkdən danışdı. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə dəstək verdiklərini, eləcə də 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarına baş sponsorluq etdiklərini xatırlatdı. Kurtaslanoğlu çıxışını başa vurduqdan sonra tərəflər arasında rəsmi müqavilə bağlandı. Yığmanın baş məşqçisi və AFFA-nın baş katibi P&G-in Azərbaycan üzrə baş direktoruna millinin “10” nömrəli formasını hədiyyə etdilər. Baş direktor da borclu qalmadı. O da hər iki şəxsə xatirə hədiyyəsi verdi.
Kurtaslanoğlu onu da vurğuladı ki, AFFA ilə əməkdaşlıq müqaviləsi 2019-cu il dekabrın 31-dək nəzərdə tutulub. Rəsmi şəxslərlə bir masa arxasında oturan milli üzvləri Mahir Mədətovla Ruslan Qurbanov da borclu qalmadılar. Düzdü, baş direktora hədiyyə verilən zaman onların söylədiklərini qonaqlar eşitməsə də, Elxan bəy futbolçuların millidə vuracaqları növbəti qolları P&G-ə həsr edəcəklərini vurğuladı.
Media nümayəndələrinin suallarını cavablayan baş katib belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırdıı. O, başqa şirkətləri də futbola dəstək olmağa çağırdı. Baş katib vurğuladı ki, bu istiqamətdə danışıqlar aparılır: "Qapılarımız tərəfdaşlar üçün açıqdı. Lakin bizim üçün ən vacibi odu ki, əməkdaşlıq etmək istəyində olan şirkətlərlə futbola baxışımız üst-üstə düşsün. Təbii ki, sosial məsuliyyət, milliyə, uşaq futboluna dəstək bizim əsas prioritetlərimizdi. Müxtəlif yaş qrupu üzrə liqalarda P&G-i görəcəksiz".
Ardınca isə Elxan bəy bunları qeyd etdi: “Digər böyük yarışlarda UEFA reklam öhdəliyini özündə saxlayır. Yəni ali futbol qurumu istədiyi şirkətlə müqavilə bağlayır və bütün federasiyalar həmin müqavilənin şərtlərinə əməl etməlidi. Millətlər Liqasında isə milli federasiyalara yeni tərəfdaşlar cəlb etmək imkanı yaradılıb. Biz də bu imkandan yararlanmışıq. Bu şirkət bütün sahələrdə futbolumuza tərəfdaş olacaq".
Qurban Qurbanov isə ona yönələn ”millinin qarşıdakı 4 oyunundan nə gözləyirsiz” sualına belə cavab verdi: “Bütün oyunlar bizim üçün vacibdi. Ancaq qarşıda bizi Farer adaları ilə matç gözləyir ki, bütün diqqətimizi də həmin oyuna yönəltmişik”.
RƏŞAD

Oxunub: 1 152
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-10-2018, 19:0

“Malta ilə oyunun iştirak ərizəsində yer almamağım mənim üçün xəbərdarlıqdı”

Aktual

10-09-2018, 14:0

Daha bir şirkət yığmanı dəstəkləyəcək

Aktual / Manşet

2-02-2022, 10:0

AFFA-nın 2021-ci ildəki xərcləri və gəlirləri bəlli oldu

Ölkə futbolu

11-10-2018, 18:0

Elxan Məmmədov “Stemford Bric”də

İdman

20-05-2022, 22:0

Elxan Məmmədov FIFA-nın baş katibi ilə görüşdü

Ölkə futbolu

21-06-2021, 09:0

Elxan Məmmədov və İFA prezidenti arasında görüş keçirilib

Aktual
“Bir məqama da üzülürəm ki, Gənclər və İdman Nazirliyi "ilin ən yaxşı komandası" siyahısına qız futbolçularımızı salmayıb”
“Mən hətta deyərdim ki, Lambrextsin bizə qismən xeyri də dəydi”
“Arpaçay”dan başqa hamısı turnirə qoşulmaqdan imtina etdi” – Naxçıvandan bəd xəbər
Mahir Şükürovla Vaqif Cavadov “İnter”ə “yox” dedi
Norveç mətbuatı: “Bəhlulun nəhəng bombası bütün şansları yandırdı”
“Molde” hörmətəlayiq xarakter göstərdi”
Son xəbərlər
  • Dünən, 23:51
    “Neftçi”nin baş məşqçisi: “Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalıdılar” - LAYİHƏ
  • Dünən, 23:30
    "Səbail-2"dən səfər qələbəsi - YENİLƏNİB
  • Dünən, 23:20
    Ramil oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:50
    “Qəbələ”nin futbolçusunun durumuna aydınlıq gəldi
  • Dünən, 22:20
    “Komandada oynayan təkcə Emin deyil”
  • Dünən, 21:51
    “Komandamın inkişafı məni sevindirir”
  • Dünən, 21:21
    “Əsas mənim yox, baş məşqçimizin yeni transferlərdən razı qalmasıdı” – kamerunlu gətirdi, belə dedi
  • Dünən, 20:50
    “Bəzi məsələlərdə irəliləyiş var”
  • Dünən, 20:21
    “Hakimlik dəyişsə, bir sarı da almayacam”
  • Dünən, 19:50
    Rusiya yığması üçün növbəti qadağa
  • Dünən, 19:20
    Bundestim dünya çempionu oldu
  • Dünən, 18:59
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 18:30
    Cüdoçumuzdan bürünc medal
  • Dünən, 18:20
    Yığmaya çağrılmamasını anlaya bimir
  • Dünən, 17:50
    PSJ braziliyalı futbolçunu hədəfə alıb
  • Dünən, 17:20
    Dünya çempionu artıq “Liverpul”a lazım deyil
  • Dünən, 16:50
    "Neftçi" - "Zirə" qarşılaşmasında qəsəbə təmsilçisinin qalib gəlməsində maraqlıyam” – olimpiya çempionundan izahat
  • Dünən, 16:30
    “Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Xankəndidə yaxşı oyun sərgiləyək"
  • Dünən, 16:10
    “Bir məqama da üzülürəm ki, Gənclər və İdman Nazirliyi "ilin ən yaxşı komandası" siyahısına qız futbolçularımızı salmayıb”
  • Dünən, 15:50
    Klyuvert Şahruddinə yenə şans verdi, o isə...
  • Dünən, 15:20
    Püşkatma hara, erotik səslər hara?
  • Dünən, 14:50
    Montella Türkiyənin qrupu haqda nə dedi?
  • Dünən, 14:20
    Türkiyə AÇ-nin qrupunda hansı stadionlarda oynayacaq?
  • Dünən, 13:51
    "Həyatda qalmaq şansı 20 faiz idi, çox qan itirmişdi"
  • Dünən, 13:21
    “Meydanda bir-birimizi daha yaxşı başa düşməyi öyrənməliyik” – qələbəyə həsrət məşqçi
  • Dünən, 12:50
    “Bəzi meydanlarımız oynamaq üçün əlverişli deyil” – baş katiblə görüşdü, təəssüratını bölüşdü
  • Dünən, 11:50
    Klubu onu qorumağa çalışacaq
  • Dünən, 11:20
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:20
    Çempionlar Liqasında hamını qabaqladı
  • 2-12-2023, 23:0
    "U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik" - Ayxan Abbasov
  • 2-12-2023, 23:0
    AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
  • 2-12-2023, 22:0
    “Mən hətta deyərdim ki, Lambrextsin bizə qismən xeyri də dəydi”
  • 2-12-2023, 22:0
    Adrin Mutu baş məşqçi kimi uğurlu deyil - AÇIQLAMA
  • 2-12-2023, 22:0
    "Rotasiyalar edə bilmirik" - Mübariz Orucov
  • 2-12-2023, 21:0
    3 ay “istirahət edəcək”
Daha çox
Oxunub: 7 060
“Sən demə, Azərbaycanı təmsil edən bir klub qrup mərhələsində azı 13 xal yığmalıdı…”
Oxunub: 5 067
Şahruddin "Adana Dəmirspor"dan ayrılır? - "Hadisələrin axarının belə olacağı əvvəlcədən bəlliydi"
Oxunub: 4 326
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 3 240
Yığmanın sabiq məşqçilərinin İşçi Qrupla bağlı fikirləri haçalandı
Oxunub: 3 140
Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq? – meneceri açıqladı
Oxunub: 2 643
"Neftçi" Anderson və Mutunun bəyənmədiyi futbolçu ilə vidalaşır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə