Türkiyə çempionatının 1-ci liqasında 7-ci turun oyunları keçirilib. Xeyli müddətdi yığmadan uzaq düşən futbolçularımızdan birinin komandası növbəti matçını keçirib. Dəniz Yılmazın formasını geydiyi “Gənclərbirliyi” doğma meydanda “Afyonspor” ilə qarşılaşıb. Meydan sahibləri minimalhesablı qələbə (1:0) qazanıb. Dənizin adı matçın iştirak ərizəsinə salınmayıb. “Gənclərbirliyi” hazırda turnir cədvəlinin lideridi.