Rəşad Abdullayev “Xəzər Lənkəran”ı "Neftçi"yə dəyişməsini xatırladı
“Onları anlayırdım, cavab vermirdim, hörmətlərini saxlayırdım”
Dünən "Neftçi”nin veteran futbolçusu Rəşad Abdullayevin doğum günü idi. 1981-ci ildə dünyaya gələn Abdullayev 2009-12-ci illər ərzində "ağ-qaralar”ın heyətində çıxış edib və iki dəfə (2011, 2012) ölkə çempionu olub. Rəşad “Neftçi”dən sonra bir neçə klubun formasını geysə də, hazırda yenə də paytaxt komandasında çalışır. O, "Neftçi-2”də baş məşqçi Mahmud Qurbanovun köməkçisidi. “Ağ-qaralar”ın saytı Abdullayevdən ad günündə müsahibə götürüb.
- Doğum günün mübarək. "Neftçi”yə qayıdışından sonra ilk ad günündü. Futbolçu kimi "Neftçi”də bu əlamətdar günü necə qeyd edirdin?
- Təbrikə görə çox sağ olun. Bilirsiz ki, futbolçu həyatını yaşayanda çox vaxt evdə olmursan və təbii ki, ad gününü də komanda ilə keçirirsən. Yadımdadı, 2011-ci il sentyabrın 30-da rəhmətlik Böyükağa Hacıyevin rəhbərliyi altında "Simurq”a qalib gəlmişdik. Gecə vaxtı Bakıya qayıdırdıq, qələbəni bayram edirdik. Saat 12-ni keçəndən sonra isə artıq mənim doğum günümü qeyd etməyə başladıq.
- "Neftçi”də iki dəfə ölkə çempionu olmusan.
- Mən hər müsahibəmdə, hər bir söhbətdə həmişə deyirəm ki, "Neftçi” mənim üçün xüsusi klubdu. Qəlbimdə öz yeri var və həmişə olacaq. Futbolçu kimi burda yetişmişəm. Uşaq və gənc vaxtlarımda bu komandada oynamışam. Sonradan yenə “Neftçi”yə qayıtdım. Bu dəfə "Xəzər Lənkəran”da oynayandan sonra.
- Dediyin kimi, "Xəzər Lənkəran”da da oynamısan. Amma bir əzəli rəqibin düşərgəsindən digərinə keçməyinə baxmayaraq, hər iki komandanın azarkeşlərinin hörmətini qazanmısan.
- Həmişə demişəm ki, hamıya hörmətlə yanaşmaq lazımdı ki, özün də hörmətli olasan. Futbolda hər şey ola bilər, ona görə də hamı ilə yaxşı münasibəti qoruyub saxlamaq lazımdı. Düzdü, “Xəzər Lənkəran”dan "Neftçi”yə təzə keçəndə, ordakı azarkeşlər mənə etiraz edirdilər. Onları anlayırdım, cavab vermirdim, hörmətlərini saxlayırdım. Bunu "Neftçi”nin azarkeşləri də görürdü. Bu komanda üçün çalışırdım. Onların rəğbətini qazandım. Amma indi bəzi oyunçular bir klubda formalaşır, tanınır, sonra başqa komandaya keçib deyirlər ki, ən sevdiyim komandadayam.
- "Neftçi-2”də gənc futbolçulara nəyi çatdırmağa çalışırsız?
- Gənclərə hansı klubda oynadıqlarını çatdırmağa çalışırıq. "Neftçi”nin öz tarixi və əminəm ki, daha parlaq gələcəyi var. Düzdü, son illər komandamız üçün o qədər də uğurlu olmayıb, amma hazırda "Neftçi” düzgün yoldadı.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər