“İstefa” şüarı fanklubu narazı salıb
Məlum olduğu kimi, şənbə günü Bakıda Qarabağ mitinqi keçirildi. Mitinqdə "İmarət" fanklubu da iştirak edib. Amma bəzi məqamlar azarkeş qrupunu narazı salıb. Bununla bağlı "İmarət" bəyanat yayıb: "29.09.2018-ci il tarixdə Qarabağın işğaldan azad olması üçün "Məhsul" stadionunda keçirilən mitinqdə "İmarət" 50 nəfər üzvü ilə iştirak edib. Yarandığı gündən Qarabağ adını hər meydanda dəstkləyəcəyini bəyan etmiş qrupumuz illər sonra keçirilən Qarabağ mitinqindən kənarda qalmaq istəməmiş, bütün ayrı-seçkilik ünsürlərinə məhəl qoymadan dünənki (srağagünkü) mitinqin əsas hərəkətverici qüvvələrindən biri olub. Gənc üzvülərimiz tribunada və meydanda səslənən fikir və şüarlara dəstək versə də, "istefa" şüarlarını protest edərək, meydanı tərk edib. Bir daha qeyd etmək istəyirik ki, Qarabağ məsələsini heç kəs siyasi hədəfləri üçün vasitəyə, şəxsi ambisiyları üçün alətə çevirməməlidi. Qarabağ bütün xalqın namus və şərəf işidi. Bu yolda bizlər də icazəli və icazəsiz mitinqlərdə, döyüşlərdə iştirak etməyə, canımızdan keçməyə hər zaman hazır olduğumuzu bir daha xatırladırıq. Mitinqin təşkilində və keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, gələcək mitinqlərdə tribunalarda nifaqdan uzaq, Qarabağ uğrunda daha sağlam və hər kəsi ətrafında birləşdirəcək şəxslərə yer verilməsinə ümid edirik".