Sizin reklam burada

“Səbail” “Neftçi”yə rəqib deyil!

Baxış Sayı:1 068

“Səbail” “Neftçi”yə rəqib deyil!
Aftandil Hacıyev komandası ilə fəxr edir
22. Neftçi (Bakı) – Səbail 4:0 (3:0)

1. Səlahət Ağayev – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
25. Kiril Petrov – 5,5
5. Anton Krivotsyuk – 5,5
18. Tural Axundov – 6,0
6. Qoran Paratski – 5,5
93. Soni Mustivar – 5,5
9. Baqali Dabo – 6,0
(7. Namiq Ələsgərov, 84) – qiymətsiz
8. Emin Mahmudov (k) – 5,5
(17. Rəhman Hacıyev, 74) – 5,0
10. Dario Federiko – 6,5
22. Mirabdulla Abbasov – 5,5
(11. Kvame Karikari, 74) – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
4. Rəşad Eyyubov
26. Ömər Buludov
28. Slavko Braliç
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
77. Elvin Sərkərov
Məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Dario Federiko

1. Emil Balayev – 4,0
13. Şəhriyar Rəhimov – 3,5
4. Perilyo Enrike – 4,0
(16. İqor Korotetski, 41) – 4,0
99. Jarjue Maudo – 3,0
26. Kamal Qurbanov – 3,5
22. Edqar Paçeko – 4,0
(11. Ruslan Qurbanov, 54) – 4,0
14. Rahid Əmirquliyev (k) – 4,0
10. Ağabala Ramazanov – 4,5
8. Yevgeni Koçuk – 4,0
7. Fəhmin Muradbəyli – 4,0
28. Kevin Kubemba – 3,5
(5. Vüqar Bəybalayev, 68) – 4,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
17. Elçin Rəhimli
27. Emil Martinov
33. Tome Kitanovski
36. Hikmət Verdiyev
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ağabala Ramazanov
Qollar: D.Federiko, 7 (1:0). B.Dabo, 25 (2:0, T.Axundov). D.Federiko, 42 (3:0, M.Abbasov). B.Dabo, 70 (4:0, D.Federiko).
Vərəqələr: A.Krivotsyuk, 19 (qeyri-idman hərəkəti). T.Axundov, 26 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 30 (qeyri-idman hərəkəti). İ.Korotetski, 47 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 65 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
29 sentyabr. Bakı. Bakcell Arena. 1200 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin cəzalı olduğundan texniki zonada yer almamışdı. Bununla belə, həmin məqam “ağ-qaralar”ın oyununa təsir etmədi. Komanda artıq ilk hissədə matçın taleyini həll etdi. Start fitindən dərhal sonra basqı edən “ağ-qaralar” 7-ci dəqiqədə hesabı açmağa nail oldu. Təbii, hər nə qədər bu epizodda Dario yerli azarkeşləri sevindirdisə, Jarjuenin uşaq səhvi ilə topu “sambaçı”ya “oğurlatması” da qeyd edilməlidi. “Səbail” isə birinci hissədə yalnız 10-cu dəqiqədə rəqibini həyəcanlandırdı. Ağabalanın olduqca təhlükəli zərbəsi zamanı Səlahət mükəmməl reaksiya ilə qola imkan vermədi. Qalan dəqiqələrdə isə “Neftçi” aşkar üstünlük fonunda daha iki qol vurdu. 25-ci dəqiqədə Tural asma etdi, Mirabdullanı aşan topu Baqali dəqiq vuruşla tamamladı. Əslində 3-cü qola qədər də “ağ-qaralar” bir neçə imkanı dəyərləndirə bilməmişdi. Belə ki, Mirabdulla iki epizodda diqqət mərkəzinə düşdü. O, əvvəlcə üzbəüz qaldığı vəziyyətdə topu qapıçının yanından atsa da, rəqib müdafiəçi özünü yetirib təhlükəni sovuşdurdu. 36-cı dəqiqədə isə Emin ara ötürməsi ilə Abbasova fərqlənmək imkanı yaratdı, sonuncu isə “kürə”ni yandan vurdu. 42-ci dəqiqədə Mirabdulla Darioya ötürmə etdi, braziliyalı Jarjueni bir hərəkətlə aldadıb topu tora qovuşdurdu.
Fasilədən sonra “Səbail” nisbətən özünə gəlmişdi. Ruslanın meydana çıxmasından sonra Hacıyevin komandası daha inamlı çıxış edirdi. Ən azı “Neftçi”yə növbəti qol imkanı vermirdilər. Ancaq bu mənzərə 70-ci dəqiqəyə qədər davam etdi. Sağ cinahda sərbəst hərəkət edən Darionun qapıya paralel ötürməsini Baqali effektli zərbəylə tamamladı. Bundan 10 dəqiqə sonra “Səbail” təsəlli qolunu vura bilərdi. Lakin Ağabalanın uzaqdan qüvvətli vuruşunu Səlahət əla seyvlə zərərsizləşdirdi. Böyükhesablı qələbə “Neftçi”ni zirvəyə daşıdı. Xallar bərabər olsa da, top fərqi “ağ-qaralar”ı “Qarabağ”dan önə çıxardı.
FARİZ

Gözdən qaçmadı
* Komandalar meydana çıxarkən iki il öncə yaradılan "Səbail"in azarkeşlərinin 81 yaşlı rəqibinə ünvanlanan “Neftçi”, sən kimsən, bizə qalib gələsən" şüarını ən təzadlı məqamlardan biri kimi dəyərləndirmək olar.
* Cəzalı Roberto Bordin düz ehtiyat oyunçular skamyasının arxasındakı sektorda yer almışdı. Əlində də kağız və qələm. İtaliyalı mütəxəssis tapşırıqlarını köməkçisinə çatdırmaqda heç bir çətinlik çəkmirdi.
* “Forza Neftçi” yenə də “Qarabağ”a söz atmağı yaddan çıxarmadı. Həmçinin onlar “Neftçi”nin yetirməsi olan Ağabalaya da “ilişdilər”.
* Qarşılaşmada iki diktor var idi.
* Oyunu izləyənlər arasında bir müddət öncə “Zirə”dən ayrılan Ayxan Abbasov da var idi.
* İlk hissənin sonuna yaxın Perilyo Enrike zədə üzündən oyunu davam etdirə bilmıdi. O, butslarından birini əlinə alıb meydanı tərk etdi.
* Fasilədən sonra oyunçular meydana çıxarkən Ağabala Eminlə şirin-şirin söhnət edirdi. Üç top fərqi ilə uduzan komandanın oyunçusunun rəqiblə bu cür səmimi münasibətini anlamaq çətin idi.

Reaksiyalar
Aftandil Hacıyev: “İlk növbədə rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, qarşı tərəf səhvlərdən istifadə edəcək. Bunu "Neftçi"nin əvvəlki matçlarında görmüşdük. Eyni səhvləri bizimkilər də təkrarladı. Xüsusilə də müdafiəçilərdən narazı qaldım. Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Tome Kitanovskinin olmaması özünü göstərdi. Ancaq bu, rəqibin layiqli qələbəsinə kölgə salmır. Oyunun taleyini “Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi. Təbii, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Lakin futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündü. Məsələn, “Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabıyla uduzdu. Fərdi səhvlər sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. Artıq 65-ci dəqiqədə üç əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. Komandamla fəxr edirəm. "Səbail"i "Neftçi"ylə müqayisə etmək düzgün olmazdı. Geridə qalan qarşılaşmaların yarısında yaxşı oynamışıq. Lakin komandamda sabitlik çatışmır. İtkiləri qeyd etdim. Süni meydanda məşq edərək birdən-birə təbii ota keçmək çox çətindi. Bunu hiss etdik. Küləkli hava olduğuna görə süni otda məşq etməli olduq. Ancaq bunlar məğlubiyyətə bəraət qazandırmır. BOS-da məşq edərkən, küləyə görə topu saxlamaq olmurdu. Oyuna istədiyimiz kimi hazırlaşa bilmədik. Niyə son məşqi "Bakcell Arena"da etməmişik? "Neftçi” tərəfi dedi ki, meydanın vəziyyətinə görə özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Düşündük ki, örtüyün oyun vaxtı daha yaxşı olması əsasdı. PRO kateqoriyası almağıma futbolçuların “hədiyyə”si? Təhsilimlə oyunu bir-biriylə əlaqələndirməzdim. Sadəcə, qarşılaşmaya hazırlıq çərçivəsində komandada az olmağım öz təsirini göstərdi. Futboçuların mənə hədiyyəsi yaxşı oyun olardı. Bu qarşılaşmadan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan öncə pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək”.
Füzuli Məmmədov: “Hesab 4:0 olsa da, çətin matç alındı. Yaxşı hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər. Hamıya dəstəyə görə minnətdarıq. Hər kəsə baş məşqçimiz Roberto Bordinin adından təşəkkür edirəm. Həm Rəhman, həm də Namiq bizim üçün dəyərli futbolçudu. Namiq zədədən yeni qayıdıb. Ona tam hazır olması üçün vaxt lazımdı. Çox bacarıqlı futbolçudu, o da daim öz üzərində çalışır. Rəhmana gəlincə, bu gün qərar verildi ki, start heyətində Emin Mahmudov olsun. Hacıyev son 2 oyunda ilk dəqiqələrdən meydanda olmuşdu. Ancaq bu gün əvvəldən ehtiyatda qatılması məqsəduyğun sayıldı. Təbii, əsas heyətə həftəlik məşq nəticəsinə əsasən qərar verilir. Rəqibi, hər şeyi nəzərə alaraq start heyətini müəyyənləşdiririk. Kim hazır olsa, ona ilk dəqiqələrdən şans veririk... Mirabdulla indi yaxşı formadadı. Ona görə əsas heyətdə yer alır. Karikari də zəif futbolçu deyil. Lazım olanda onu buraxırıq, lazım olanda Mirabdullanı. Elə oyun olur ki, bütün nüansları nəzərə alırıq. Rəqibi təhlil edərək planımızı qururuq. Baş məşqçimizə gəlincə, Bordin bizə yaxın oturmuşdu və bütün oyunboyu tapşırıqlarını verirdi. Biz də dediklərini komandaya çatdırırdıq. Baş məşqçimiz ortada daha etibarlı oynamağı, rəqibin səhvlərindən istifadə edərək qol vurmağı tapşırmışdı. Eləcə də əvəzetmələr birbaşa onun fikri idi. Çingiz Abdullayev təbrik etdimi? O, bu gün yox idi. Ancaq klubun prezidenti, rəhbərlik gəlib təbriklərini çatdırdı ki, buna görə onlara minnətdarıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR