Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Naxçıvanlı futbolsevərlər üçün şad xəbər

1-ci divizion klublarının istifadə etdikləri taktiki sxemlər

Yunis Hüseynov: "Hər oyun üçün ayrı sxem tərtib etməyi sevmirəm"

"Turan-Tovuz" akademiyasının açılışı oldu

“Barsa” "Real" üçün xüsusi hazırlaşır

Samir Abasov: "10 futbolçudan 8-i Azərbaycana gəlməkdən imtina edib"

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Güney Azərbaycanın pisi olan Peyman Babayi

Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu

Ayxan Abbasov rəqabət yaratmağa çalışır

“Alesionun yoxluğu hiss olunmur”

“Bəhramov”un dəyişən rəngi: usta səhvi, yoxsa macərabazlıq?

"Yeni hücumameyilli yarımmüdafiəçinin gəlməsini istəyirəm"

"Ötən ilin martından zallara həsrət qalmışıq"
30 sen 18:06İdman
Fərhad Məmmədov uğursuzluğun səbəblərini açıqladı

“Cüdoçularımızın dözümlülüyü və fiziki hazırlığı aşağı düşüb”
Cüdoçularımızın Bakıda keçirilən mundialda cəmi 1 gümüş və 2 bürünc medal qazanmasını uğurlu nəticə saymaq olmaz. Çünki ötən il Budapeştdə həm medalların əyarında, həm də sayında uğur əldə etmişdik. Özü də Fərhad Məmmədovun rəhbərliyi altında. Bu dəfə isə Ruslan Maşurenkonun baş məşqçi kimi fəaliyyəti uğursuz alındı. Necə ki Avropa çempionatındakı fiaskodan sonra həyəcan təbili çalmışdıq. Cüdoçularımızın yarışdakı çıxışına münasibət öyrənmək üçün Fərhad bəylə əlaqə saxladıq: “Uşaqların vəziyyəti yaxşı deyildi. Əlbəttə, komandanın bu durumuna çox təəssüfləndim. Cüdoçularımızın dözümlülüyü və fiziki hazırlığı aşağı düşüb. İdmançılarımız texniki cəhətdən həmişə yaxşı olub. Təcrübəli cüdoçulardı. Sadəcə, fiziki hazırlıq üzərində işləmək və onların dözümlülüyünü artırmaq lazım idi. Baş məşqçi ən çox dairəvi hazırlığa, sürətə üstünlük verirdi. Fərdi və fiziki hazırlığa fikir vermirdi. Maşurenko köhnə sistemdə qalıb. SSRİ məktəbinin məşq metodlarını tətbiq edir. Halbuki müasir cüdoda artıq fərqli hazırlıq prosesinə üstünlük verirlər. Amma ukraynalı köhnə metodda qaldığından bunun heç bir faydası olmadı.
Sözsüz, psixoloji məqamların da rolu oldu. Çünki idmançılarımız bir qədər həssasdı. Vətəndə keçirilən yarışda məsuliyyət çox olur. Bu da həyəcanı artırır. Bunu ötən il Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında da müşahidə etdik. Amma yenə deyirəm, əsas məsələ dözümlülüyün aşağı düşməsiydi. Cüdoçularla söhbət edəndə də özləri bunu etiraf edirdi. Rüstəm Orucov həmişə aqressiv güləşib. Mən onu heç vaxt yorulan görməmişəm. Amma bu DÇ-də nəfəs ala bilmirdi. Komandanın ən dözümlü idmançısı Hidayət Heydərovda belə yorğunluq hiss olunurdu.
Yapon sindromumuz var? Deyərdim ki, Hidayət və Elmar Qasımovda belə qorxu yoxdu. Onlar rəqibin hansı ölkədən olmasına fikir vermir və öz güləşini nümayiş etdirirlər. Ancaq başqa cüdoçularımızda yaponlardan çəkinmə var.
Rüstəmin çəkisinin dəyişməsi haqda bir şey demək çətindi. Əvvəlcə onun hazırlığını yüksək səviyyəyə çatdırmaq lazımdı. Formada deyilsə, 81 kq-a keçməsinin elə bir mənası olmayacaq”.
SƏRXAN
Oxşar xəbərlər:
{related-news}
Şərh yaz