Məsut yubiley oyununa çıxacaq, Emeqara dostlarını görəcək
UEFA-nın rəsmi saytında “Qarabağ” – “Arsenal” oyunu ərəfəsində maraqlı faktlara yer verilib. Statistika həvəskarlarının diqqətinə səbəb olacaq yazıyla sizi də tanış edirik.
* “Arsenal” indiyə qədər Azərbaycan təmsilçiləri ilə heç vaxt qarşılaşmayıb. Əvəzində “Qarabağ” “Tottenhem” və “Çelsi” ilə üz-üzə gəlib ki, azərbaycanlılar bütün hallarda meydanı məğlub tərk edib.
* “Qarabağ” indiyə qədər heç vaxt Avroliqanın yaz mövsümünü görməyib. Üç cəhdin hər birində qrupda qalıblar. İki qələbələri var, “Anderlext”lə PAOK-u məğlub ediblər. Daha 4 oyunu heç-heçə başa vurublarsa, 3 görüşdə uduzublar.
* “Qarabağ”ın forvardı İnnosent Emeqara yenidən Stepan Lixştayner və Qranit Caka ilə eyni anda meydanda olacaq. Lakin bu dəfə rəqib qismində. Bu üç futbolçu vaxtilə İsveçrə yığmasında çiyin-çiyinə çıxış edib.
* Bu, Məsut Özilin Bakıya ilk səfəri olmayacaq. Özil vaxtilə Almaniya yığmasının heyətində Azərbaycana yollanıb, hətta AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci il iyunun 7-də baş tutan oyunda meydan sahiblərinin qapısına yol tapmaqla yığmasının 3:1 hesablı qələbəsində pay sahibi olub.
* Yeri gəlmişkən, Məsut Olimpiya stadionunda meydana çıxacağı halda, bu onun avrokuboklardakı 100-cü oyunu olacaq.
* “Arsenal”ın klub tarixi ərzində ən uzun səfərini gerçəkləşəcək. Londonlular 132 ildə bir dəfə də olsun, 4000 kilometr yolu 6 saat təyyarədə qət etməyib.