Vaxtilə U-21-də oynamış hücumçu Qurban Qurbanovun nəzarətindədi
Həftəsonu keçiriləcək 6-cı turun oyunlarından sonra Qurban Qurbanov Farer adaları və Malta ilə matçlarda sərəncamında görmək istədiyi futbolçuların adlarını açıqlayacaq. Bu ay Kosovo və Malta ilə qarşılaşmalar bəzi futbolçuların milli səviyyəsində olmadığını, ya da oynamağa hazır olmadığını ortaya qoydu. Heç şübhəsiz, baş məşqçi də bunun fərqindədi. Məhz buna görə də yığmada yeni adlar görəcəyimiz şübhə doğurmur.
Xüsusilə hücum xətti ilə bağlı narahatlıq var. Ramil Şeydayevlə Rauf Əliyevin hazırkı durumu milliyə kömək etməyə imkan vermir. Biri oyun təcrübəsinin azlığından, digəri klubunda qol vura bilməməkdən əziyyət çəkir. Odu ki, Qurbanov namizəd hücumçuları diqqətdə saxlayır. Onların arasında Mirabdulla Abbasovla Rüfət Dadaşovun olması sirr deyil. Hər ikisi cari mövsümdə məhsuldarlıq göstərir. Daha bir futbolçu da var ki, onun haqda yazılmır, danışılmır, amma Qurban bəyin diqqətindədi. Bu, vaxtilə bir oyunda U-21-in formasını geymiş, Almaniyada doğulan, əslən türk olan Bahəddin Kösədi.
1990 doğumlu Bahəddin yüksək fiziki göstəricilərinə görə seçilir. Sürət, hava toplarından qalib ayrılmaq və ən vacibi qol duyumu – bütün bunlara sahibdi. 24 yaşına qədər karyerası Almaniya və Belçika klubları ilə bağlı olsa da, 2014-ün qışında Türkiyəyə yollanıb. “Akhisarspor”da özünü göstərə bilmədiyindən “Altınordu”ya icarəyə verilib. Lakin ordakı çıxışı da qanedici olmayıb – 6 oyun, 1 qol. 2015/16 mövsümünü PTT liqasında – “Manisaspor”da keçirib ki, nəhayət, özünə lazım olan yeri tapıb. 34 matçda rəqib qapılarına 13 dəfə yol tapmaqla adından söz etdirib. 2016/17 mövsümündə isə manisalıların heyətində 29 oyunda 11 qola imzasını yazdırıb. Ötən çempionatda “Adanaspor”a keçib və bu dəfə də qolçuluq bacarığını göstərib. PTT liqasında 32 görüşdə rəqiblərini 10 dəfə məyus edib. Lakin bu yay çoxlarının gözləmədiyi və səbəbini bilmədiyi halda 2-ci liqada mübarizə aparan “Samsunspor”la anlaşıb. Cari mövsümdə keçirdiyi 2 oyunda hesabına 1 qol yazıb.
Hələ ötən mövsümdən, “Adanaspor”un şərəfini qoruduğu vaxtdan Qurbanovun nəzarətində olan Köseni iş başında görmək maraqlı olardı. Hər halda, qol vurmağı bacaran hücumçudu. Almaniya futbol məktəbində yetişib və neçə illər PTT liqasında təcrübə toplayıb.
Maraq üçün qeyd edək ki, Azərbaycan U-21-nin şərəfini qorumamışdan əvvəl Türkiyənin U-20-də çıxış edib, 4 matçda 3 qol vurmağı bacarıb.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər