Sizin reklam burada

Rəhman Hacıyevin heç kimlə problemi yoxdu

Title
Rəhman Hacıyevin heç kimlə problemi yoxdu
“Baş məşqçi ilə münasibətlərim çox yaxşıdı”
Rəhman Hacıyev “Neftçi”nin rəsmi saytına müsahibə verib. Hazırda komandada çıxış edən futbolçular arasında "Səbail”in qapısından ən çox top keçirən yarımmüdafiəçi bu rəqiblə qarşıdakı duel haqda fikirlərini dilə gətirib. Yarımmüdafiəçi "Neftçi”nin nəticə qazanmasını hər şeydən üstün sayır.
- "Səbail”lə oyundan nə gözləyirsən?
- Zəif rəqib yoxdu. Bunu yaxşı anlayırıq. İlk sıralarda möhkəmlənmək istəyiriksə, səhvə yol verməməliyik. Qalib gəlməliyik.
- Hazırda liderliyi "Qarabağ”la bölüşürsüz...
- Düzdü, onlarla xallarımız eynidi. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.
- "Səbail”lə indiyədək keçirilən 4 oyunda 2 qol vurmusan. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan futbolçusan...
- Sözün düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdu, qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündü.
- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdin. İndi isə daha çox şans qazanırsan. Bu haqda nə deyə bilərsən?
- Düzdü, ilk üç oyunda, demək olar, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətlərim çox yaxşıdı. O, mənə son qarşılaşmalarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür atmosferdə oynamaq çox xoşdu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.