“Futbol+”ə başqa idman növləri üçün reportyor lazımdı. Sən bu sahədə məlumatlısan. Bir yazı yaz, bəyənilsə, işə başla” – 8 il əvvəl qardaşım Səbuhi çalışdığı qəzetə belə dəvət etmişdi. O zaman tam fərqli sahədə işləyirdim. Hərbi xidməti başa vurduqdan sonra 1 ay ixtisasım üzrə iş tapmaq cəhdləri fayda vermədi. Yəqin ki, bu, əksər gəncimizin başına gəlib. Bu zaman yol ayrıcında qalırsan. Ya səbr edib, axtarışlara davam etməli, ya da tam fərqli sahədə çalışmalısan. Evdə işsiz-gücsüz, bekar qala bilmirdim. Depressiya, gələcəyə ümidsizlik yaranmağa başlamışdı. Bu üzdən diplomu görməzdən gəldim və iş həyatıma məktəb gözətçiliyi ilə başladım. Daha sonra iki il kuryer kimi çalışdım. Səbuhinin dəvətini əvvəl tərəddüdlə qarşıladım. Çünki bu yükün altından çıxa biləcəyimə inamım az idi. Nəhayət, çox düşündükdən sonra bəxtimi sınamaq qərarına gəldim. 2010-un son ayında “Futbol+”in redaksiyasına ilk qədəmimi basdım. Mahir Rüstəmliylə qısa söhbətdən sonra idmanımız haqda ümumi bir yazı qələmə almaq tapşırığı aldım...
05.01.2011 – həyatımda yeni müstəviyə qədəm qoyduğum tarix. “Fubol+”də ilk addımım. Oxucusu olduğun qəzetin əməkdaşına çevrilmək qəribə və xoş duyğu idi. Yanvar mənim üçün asan keçmədi. Demək olar ki, yerimdə sayırdım. “Yox, bu iş mənlik deyil”, - deyə düşünməyə başlamışdım ki, vəziyyət tədricən düzəldi. Daxili şöbənin redaktoru Kənan Həsənov məni yanında əyləşdirib, yazılarımın redaktəsini göstərirdi. Belədə səhvlərimi görür və nəyi necə yazmalı olduğumu anlayırdım. İlk vaxtlar baş redaktorun tənqidi yanaşması məndə ümidsizlik və gələcəyimlə bağlı qorxu yaradırdı. Ancaq sonra yavaş-yavaş hamısı arxada qaldı. Nahaq yerə deməyiblər ki, tənqid inkişafa gedən yoldu...
İlk aylarda Səbuhi, Həbib, Nihat və Ülvi ilə bir otaqda işləyirdim. Hə, onu da deyim ki, ali təhsilini davam etdirən Ülvi çox vaxt günortadan sonra işə gəlirdi və ona qədər kompüter arxasında mən oturur və materialları toplayırdım. Ancaq bəzən lənglik məni çətin vəziyyətə salırdı. Ona görə də etiraf etməliyəm ki, Ülvinin bir az gec gəlməsini arzulayırdım. Çünki o gələnə kimi işimi bitirməliydim. Sonra vəziyyət elə gətirdi ki, digər otaqda boş yer yarandı. Bundan sonra və son günədək xarici şöbənin uşaqlarıyla bir otaqda işlədim. Belədə Əli və Tahiri daha yaxından tanımaq imkanım oldu. Və bir şeyi anladım ki, mən tam fərqli kollektivin içinə düşmüşəm. Elə bir kollektiv ki, orda xasiyyəti bir-birinə bənzəyən iki insan tapmazsan. Yazı üslubları da tam fərqlidi. Məsələn, imzaya baxmadan oxuduğum məqalənin Həbib, Rəşad, Mirağa, yoxsa Farizə məxsus olduğunu deyə bilərəm. Xüsusiyyətləri bir-birinə zidd insanların formalaşdırdığı rəngarənglik başqa aləmdi. Elə “Futbol+”i mənim üçün maraqlı, cəlbedici edən də budu. Əmin olun, bu kollektivlə heç vaxt darıxmazsız. Sevinərsiz, əsəbləşərsiz, bəzən mübahisə həddi də aşa bilər. Amma heç vaxt “Futbol+” ailəsi darıxdırıcı ola bilməz.
Bəlkə məhz buna görə bir neçə dəfə başqa mətbu orqanların sərfəli təklifinə “yox” demişdim. Kollektivə o qədər alışmışdım ki, ondan ayrılmaq, başqa mühitdə çalışmaq mənə ağır gəlirdi. Ancaq bəzən həyatın qanunları səni dəyişiklik etməyə vadar edir. Ötən ayın sonunda idman federasiyalarından birindən dəvət alanda təklifi qəbul etməyə qərar verdim...
Son iş günü... Geriyə boylanıram, yaddaşımı qurdalayıram. Gözümün önünə gülərüz simasıyla aramızdan ayrılaraq haqq dünyasına qovuşan Sona xanım, “hamsıvız beləsiz” deyən, yazı üçün xarici şöbənin uşaqlarını tələsdirən Xəyalə, 8 ilə yaxın işlədiyim qəzetdə çalışdığım bütün reportyorlar, kitab yazıla biləcək qədər xatirələri olan iclaslarımız, hay-küylü futbol oyunlarımız, kollektivlə birgə bölgələrə səfərlərimiz, yığma və klubların oyunlarını işıqlandırmaq üçün yollandığım ölkələr və daha nələr-nələr gəlir. Təəssüf ki, 93 ayın təəssüratını bir köşəyə sığdırmaq qeyri-mümkündü. Çox şey yazmaq istərdim, amma...
Həyat davam edir. İdman mətbuatının öndərini tərk edən nə birinci, nə də axırıncı jurnalistəm. Sərxanın və ya bir başqasının gedişi heç nə demək deyil. Məndən qat-qat güclü yazarların gedişi nəyisə dəyişmədiyi kimi. Bir şeyi dəqiq bilirəm. Harda işləməyimdən asılı olmayaraq, “Futbol+”çi kimi qalacam. Çünki mən bu qəzetə ruhən bağlıyam. Üzərimdə zərrəcə əməyi olan, həyatımın ən ağır dövründə mənə mənəvi dayaq olan qəzetimizin hər bir əməkdaşına minnətdaram. Nə yaxşı ki, varsız...
P.S. Daha Mahir Rüstəmlini işə gecikməyə, Kənan Həsənovu yazını ləngitməyə görə əsəbləşdirən olmayacaq.
Baş redaktordan: Sərxan, “Futbol+” üçün çəkdiyin əziyyətə görə təşəkkür edir, daha böyük uğurlar arzulayıram.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər