Sizin reklam burada

"Kəpəz" Gəncədə coşdu

Title
"Kəpəz" Gəncədə coşdu
Birinci divizionda 5-ci tura yekun vurulub. Tur çərçivəsində dünən baş tutan oyunlarda maraqlı nəticələr qeydə alınıb. "Kəpəz" "Qaradağ Lökbatan"ı məğlub edib. Qərb təmsilçisi qonağını darmadağına məruz qoyaraq, 3 xalı 4 cavabsız qolla qazanıb. Halbuki gəncəlilər ilk 4 turda qol sevinci yaşamamışdı. Hər hissədə rəqibini iki dəfə meydanın mərkəzinə dəvət edən "Kəpəz"in cari mövsümdə ilk qolunun müəllifi olan Elgün Orucov dubla imza atıb. Qalan iki qolu Elcan Kərimov və qərb təmsilçisinin az qala komandadan göndərməyə hazırlaşdığı Dieqo Qusmao vurub. Günün mərkəzi oyununda "Şüvəlan"la MOİK münasibətilərinə aydınlıq gətirib. "Hərbçilər" səfərdə minimal hesabla qalib gəlib. Yeganə qolun müəllifi 24-cü dəqiqədə fərqlənən Raul Yaqubzadə olub. Gərgin mübarizə şəraitində keçən matçda hər komandanın bir üzvünün meydandan qovulduğunu da qeyd esək. Bu qələbə sayəsində xalını 15-ə çatdıran MOİK şərikli liderliyə yiyələnib. Beləliklə, çempionatda ikihakimiyətlik yaranıb.
"Səbail-2" "Ağsu"dan üstün olub. Paytaxt təmsilçisi 3 qolun qeydə alındığı görüşdən minimal hesabla qalib ayrılıb.
Turda qalibin müəyyənləşmədiyi yeganə matç "Turan Tovuz" - "Zaqatala" görüşü olub. Qonaqlar artıq 3-cü dəqiqədə fərqlənərək, hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib. Baxmayaraq ki, 71-ci dəqiqədə "Turan Tovuz" azlıqda qalıb. Ancaq qərb təmsilçisi bundan 4 dəqiqə sonra bərabərlik qolunu vurmağı bacarıb.
Birinci divizion
1-ci dövrə, 5-ci tur
28 sentyabr
Kəpəz – Qaradağ Lökbatan 4:0
Elgün Orucov, 14; 86. Elcan Kərimov, 38. Dieqo Qusmao, 48.
Şüvəlan – MOİK 0:1
Raul Yaqubzadə, 24.
Səbail-2 – Ağsu 2:1
Emil Həsənzadə, 22-p. Xəzər Mahmudov, 79 - Elnur Səmədov, 83-p.
Turan Tovuz – Zaqatala 1:1
Sənan Qocayev, 75 - Roini İsmayılov, 3.
Turun qalan oyunlarının nəticələri: Sumqayıt-2 – Qarabağ-2 3:0 (Murad Xaçayev, 28. Əli Əliyev, 34. Elvin Nəsibov, 71), Zirə-2 – Neftçi-2 1:2 (Ülvi İbrahimov, 21 – Elnur Süleymanov, 45; 79), Sabah-2 – Keşlə-2 2:1 (Zahid Mərdanov, 45. Tural Qürbətov, 72 – Əsəd Məsimov, 48).
1. Sumqayıt-2 5 5 0 0 16-2 15
2. MOİK 5 5 0 0 7-2 15
3. Neftçi-2 5 4 1 0 5-1 13
4. Qarabağ-2 5 3 1 1 11-5 10
5. Səbail-2 5 3 0 2 8-9 9
6. Sabah-2 5 2 2 1 4-2 8
7. Şüvəlan 5 2 1 2 5-7 7
8. Zaqatala 5 1 2 2 5-5 5
9. Kəpəz 5 1 1 3 4-6 4
10. Turan Tovuz 5 1 1 3 5-8 4
11. Qaradağ Lökbatan 5 1 1 3 1-8 4
12. Keşlə-2 5 1 0 4 5-8 3
13. Ağsu 5 1 0 4 3-9 3
14. Zirə-2 5 0 0 5 3-10 0
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 5.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.