İran çempionatında 8-ci tura start verilib. "Traktorsazi" "Səhənd" stadionunda Xuzestan "İstiqlal"ını darmadağın edib - 6:0. Mövsümün ilk böyükhesablı qələbəsində Entoni Stoks pokerlə əsas pay sahibi olub. Yeni transfer 35, 40, 63 və 83-cü dəqiqələrdə fərqlənib. Hesabı 21-ci dəqiqədə Əli Abdullazadə açıbsa, 90-cı dəqiqədə Aşkan Dejagah son nöqtəni qoyub. "Maşınsazi" isə bu gün Xuzestanda "Fulad"la münasibətləri aydınlaşdıracaq.