
“Araz” ilkin siyahını UEFA-ya göndərdi
Oktyabrın ilk həftəsində Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” ilkin siyahını UEFA-ya göndərib. Dünən yubileyi - 50 yaşı tamam olan baş məşqçi Joze Alesio da Silva siyahıya 16 futzalçının adını daxil edib. Ancaq onların heç də hamısı Naxçıvan klubunun üzvü deyil. Emin Kürdovla Samir Həmzəyev “Ekol”dan icarəyə götürülüb. Bundan başqa, U-19-un üzvü Vladislav Reznov da ilkin siyahıya daxil edilib. Ancaq Vitali Borisovun qapıçı olan bacısı oğlunun, eləcə də yayda “İtaldizayn”dan transfer edilən Ruzigar İbrahimzadənin Slovakiyaya aparılmaq şansı minumuma bərabərdi. Dünəndən sırf ÇL-in hazırlığına start verən çempionun yekun siyahısı 13 nəfərdən ibarət olacaqsa, Elşən İbrahimxəlilov da kənarda qala bilər.
Beləliklə, ilkin siyahını təqdim edirik: qapıçılar - 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov; oyunçular - 2. Adil İsmayılov, 3. Ruzigar İbrahimzadə, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Emin Mikayılov, 14. Elşən İbrahimxəlilov, 15. Adəm Həbibov, 17. İsa Atayev, 19. Samir Həmzəyev, 20. Kənan Manafov.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində təmsilçimiz Slovakiyada meydan sahibi “Luçeneç”lə yanaşı, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:
Araz – Vytis (Litva)
3 oktyabr. Sportova hala Arena. Saat 17.30
Valletta (Malta) – Araz
4 oktyabr. Sportova hala Arena. Saat 17.30
Araz – Luçenec (Slovakiya)
6 oktyabr. Sportova hala Arena. Saat 20.00
MİRAĞA