Dünən Bakı Olimpiya Stadionunda FİFA referiləri, FİFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. UEFA-nın müvafiq təlimatlarına uyğun təşkil olunan normativlərin götürülməsinə AFFA-nın Hakimlər və Hakim-İnslektorlar Komitəsinin sədri Frits Stuxlik və UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassaras rəhbərlik edib.