
Üç oyun oldu, hər birində 3 qol vuruldu
Dünən birinci divizionda 5-ci tura start verilib. İki günə sığacaq turun ilk oyun günündə 3 qarşılaşma baş tutub ki, hamısında 3 qol qeydə alınıb. “Sumqayıt-2” gözlənilmədən “Qarabağ”ın əvəzedicilərini darmadağın edib. Nəticədə Elbrus Məmmədovun komandası zirvədə mövqeyini möhkəmləndirib. Qalan iki oyunda isə qalib tərəf 3 xalı 2:1 hesabıyla əldə edib. “Neftçi-2” cari mövsümdə qapısından ilk qolu buraxsa da, Elnur Süleymanovun dublu sayəsində əzmkar qələbə qazanıb. Beləliklə, Mahmud Qurbanovun komandası 2-ci yerə yüksəlib. “Sabah-2” isə “Keşlə-2”dən üstün olub. Hesabı ilk yarının sonuncu dəqiqəsində açan debütant ikinci hissənin əvvəlində üstünlüyünü əldən versə də, 72-ci dəqiqədə Tural Qürbətovun qolu sayəsində meydanı qalib tərk edib. Mövqeyini yaxşılaşdıran “Sabah-2” 5-ci pilləyə qalxıb.
Birinci divizion
1-ci dövrə, 5-ci tur
27 sentyabr
Sumqayıt-2 – Qarabağ-2 3:0
Murad Xaçayev, 28. Əli Əliyev, 34. Elvin Nəsibov, 71.
Zirə-2 – Neftçi-2 1:2
Ülvi İbrahimov, 21 – Elnur Süleymanov, 45; 79.
Sabah-2 – Keşlə-2 2:1
Zahid Mərdanov, 45. Tural Qürbətov, 72 – Əsəd Məsimov, 48.
Tura bu gün yekun vurulacaq:
28 sentyabr
Kəpəz – Qaradağ Lökbatan
Hakimlər: KƏRİM KƏRİMOV, Aydın Bəxşiyev, Habil Əliyev, Emin Nağıbəyov.
Hakim-inspektor: Rüfət Hüseynov.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Gəncə. Şəhər stadionu. Saat 15.30
Turan Tovuz – Zaqatala
Hakimlər: MAHİR MƏMMƏDOV, Rahil Ramazanov, Ruslan Babayev, Bəxtiyar Gözəlov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Tovuz. Şəhər stadionu. Saat 15.30
Şüvəlan – MOİK
Hakimlər: ZİYA NƏSİROV, Yaşar Abbasov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Vaqif Ayvazov.
AFFA nümayəndəsi: Feyzulla Feyzullayev.
Şüvəlan. AZAL Arena. Saat 15.30
Səbail-2 – Ağsu
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Pərvin Talıbov, Rəsul Babayev.
Hakim-inspektor: Ülviyyə Mustafayeva.
AFFA nümayəndəsi: Rüfət Əliyev.
Bakı. Bayıl Arena. Saat 15.30
1. Sumqayıt-2 5 5 0 0 16-2 15
2. Neftçi-2 5 4 1 0 5-1 13
3. MOİK 4 4 0 0 6-2 12
4. Qarabağ-2 5 3 1 1 11-5 10
5. Sabah-2 5 2 2 1 4-2 8
6. Şüvəlan 4 2 1 1 5-6 7
7. Səbail-2 4 2 0 2 6-8 6
8. Zaqatala 4 1 1 2 4-4 4
9. Qaradağ Lökbatan 4 1 1 2 1-4 4
10. Keşlə-2 5 1 0 4 5-8 3
11. Turan Tovuz 4 1 0 3 4-7 3
12. Ağsu 4 1 0 3 2-7 3
13. Kəpəz 4 0 1 3 0-6 1
14. Zirə-2 5 0 0 5 3-10 0
Bombardir: Elvin Nəsibov (Sumqayıt-2) – 5.