Asif Məmmədov "Xankəndi"də - RƏSMİ

4.02.2026 14:51 23
Ölkə futbolu
“Xankəndi” heyətini yeni müdafiəçi ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son klubu “Cəbrayıl” olan Asif Məmmədovla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Rauf Məhərrəmov, Qurban Məhərrəmov, Elvin Nəsibov və Əli Mürsəlovu sıralarına qatıb, Zaur Hacıyevi isə baş məşqçi təyin edib.