"Qarabağ" bir müddət Vild-Donald Geryenin xidmətindən yararlana bilməyəcək. Klubun mətbuat xidmətindən əldə etdiyimiz bilgiyə görə, sol cinah müdafiəçisinin premyer-liqanın 1-ci turundan təxirə salınan "Zirə"ylə iki gün öncə baş tutan qarşılaşmada aldığı zədə ciddidi. Çiyni çıxan futbolçunun, üstəlik, bazu oynağında qismi qopma, endo kapsulunda yırtıq aşkarlanıb. Gerye təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun ən yaxşı halda Ukrayna "Vorskla"sı ilə oktyabrın 25-də Bakıda keçiriləcək oyunda komandasına kömək edə biləcəyi anlamına gəlir.
Qeyd edək ki, Vild-Donald Geryeni “Zirə” ilə matçın 34-cü dəqiqəsində Ansi Aqolli əvəzləmişdi.