Almaniyanın 3-cü liqasında 9-cu tura start verilib. "Proysen" Rostokda "Hanza"nı darmadağın edib - 4:1. Start heyətində yer alan Rüfət Dadaşov 87-ci dəqiqədə əvəzlənib. Həmyerlimiz "qartallar"ın heyətində ən yaxşı oyununu keçirib. Belə ki, 2, 6 və 65-ci dəqiqələrdə fərqlənərək het-trikə imza atıb. Bununla da o, 3-cü liqada qollarının sayını 5-ə çatdırıb. 15 xalla ilk "5-liy"i qapayan "Proysen" növbəti turda Münsterdə "Vehen"lə qarşılaşacaq.