Bu gün futzal üzrə yüksək liqada 3-cü turun oyunları baş tutacaq. Tura “Olimpik Star”da start veriləcək. Belə ki, “Yasamal” İSK – “Araz” oyununun məkanı dəyişdirilib. Həm də açılış matçı səhər saatlarında, konkret saat 11.00-da başlayacaq. Turun qalan iki qarşılaşması isə mərkəzi arenada olacaq. Saat 18.30-da “Liman” – “Neftçi”, 20.30-da isə “Xəzər Cənub” – “Ekol” matçı start götürəcək. Artıq təyinatlar da açıqlanıb. “Olimpik Star”dakı görüşün əsas hakimi Anar Fərəcov olacaq. Turun qalan iki oyunu Elçin Məmmədova həvalə olunub. Təbii ki, absurd təyinat səbəbsiz deyil. Əslində mərkəzi qarşılaşmada Yusif Nurullayev, “Xəzər Cənub”la “Ekol”un duelində isə Elçin Səmədli baş hakim funksiyasını yerinə yetirməliydi. Təyinatlar son anda dəyişib. Səbəbi də ilgincdi. Əldə etdiyimiz bilgiyə görə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik sabah ədalət təmsilçilərindən normativ götürəcək. Halbuki futzal hakimləri, adətən, imtahana cəlb olunmurdular. Bundan ən çox FİFA referiləri həyəcanlanıb və hazırlaşmaq üçün təyinatlarının ləğv edilməsini istəyiblər. Yalnız Elçin Məmmədov ürəkli olub.
Qeyd edək ki, turun bir oyunu canlı yayınlanacaq. Belə ki, “CBC Sport” “Liman” – “Neftçi” qarşılaşmasını ekranlara daşıyacaq.
Yasamal İSK - Araz
Hakimlər: Anar Fərəcov, Azad Hüseynov, Kənan Məlikov.
Hakim- inspektor: Elşad Cəfərov.
26 sentyabr. Olimpik Star. Saat 11.30
Liman – Neftçi
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Şahin Cəfərov.
26 sentyabr. Bakı İdman Sarayı. Saat 18.30
Xəzər Cənub - Ekol
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim-inspektor: Tofiq Şükürov.
26 sentyabr. Bakı İdman Sarayı. Saat 20.30
1. Neftçi 2 2 0 0 18-8 6
2. Araz 2 1 1 0 5-4 4
3. Liman 1 1 0 0 12-3 3
4. Ekol 1 1 0 0 4-3 3
5. Yasamal 2 0 1 1 7-8 1
6. Xəzər Cənub 2 0 0 2 6-9 0
7. Yasamal İSK 2 0 0 2 5-22 0