Sizin reklam burada

İkinci turda da büdrəmədilər

Müəllif: football Tarix: 26-09-2018, 23:06 736 Baxış
İkinci turda da büdrəmədilər
Gürcüstanın Batumi şəhərində keçirilən Şahmat Olimpiadası davam edir. Dünən 2-ci turun oyunları baş tutub. Kişilərdən ibarət yığmamız ötən il Avropa çempionatının ilk turunda uduzduğu İtaliyadan qisasını alıb. Şəhriyar Məmmədyarov (2820) Daniele Vokaturo (2615), Teymur Rəcəbov (2751) isə Mikele Qodena (2501) ilə heç-heçə edib. Arkadi Naydiç (2721) Luka Moroniyə (2547), Rauf Məmmədov (2699) Sabino Brunelloya (2552) qalib gəlib. 4 xalla liderlər qrupunda qərarlaşan millimiz bu gün 3-cü tur çərçivəsində Sloveniyanı sınağa çəkəcək.
Qadınlarımız isə Belçikaya heç bir şans tanımayıb – 4:0. Günay Məmmədzadə (2438) Hanne Qusensi (2220), Zeynəb Məmmədyarova (2358) Darya Vanduyfuysu (2058), Gülnar Məmmədova (2355) Viebke Barberi (1998), Ülviyyə Fətəliyeva (2320) isə Annelis Kuvelleri (1809) məğlub edib. 4 xalla 2-ci sırada yer alan komandamız bu gün İngiltərə ilə münasibətləri aydınlaşdıracaq.
SON XƏBƏRLƏR