Rusiya premyer-liqasında 8-ci tura yekun vurulub. Turun son oyununda “Krılya Sovetov” Samarada “Krasnodar”a müqavimət göstərə bilməyib – 0:3. Ramil Şeydayev komandasının darmadağınını ehtiyat oyunçular skamyasından izləyib. 7 xalla 13-cü pillədə qərarlaşan “Krılya Sovetov” növbəti turda Kazanda “Rubin”lə münasibətləri aydınlaşdıracaq.
Çexiyanın gənclər liqasının MSFL qrupunda 9-cu tur geridə qalıb. “Banik” Ostravada “Karvina”ya qalib gəlib – 1:0. Start heyətində yer alan Arzuman Rizvanov 71-ci dəqiqədə əvəzlənib. 16 xalla ilk “3-lüy”ü qapayan “mavi-qırmızılar” növbəti turda “Slovatsko”nun qonağı olacaq.