İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi
“Çernomorets”in qapısına vurduğum qol mənim üçün unudulmazdı”
Dünən “Neftçi”nin, Azərbaycan futbolunun veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun doğum günü idi. 1956-cı ildə dünyaya gələn sabiq hücumçu 1977-88-ci illər aralığında "Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub. “Ağ-qaralar”ın rəsmi saytı İsgəndər bəyi özəl gündə yaddan çıxarmayıb. Həmkarlarımız veteran forvardı təbrik etməklə yanaşı, mini-müsahibə də təşkil edib.
- Doğum gününüz mübarək, İsgəndər müəllim.
- Çox sağ olun. Təşəkkür edirəm ki, unutmursuz, yad edirsiz.
- Karyeranız boyunca doğum gününüzdə meydana çıxmısız?
- Xeyr, doğum günümə təsadüf edən oyunum olmayıb.
- İndiyə qədər aldığınız ən gözlənilməz hədiyyə hansıdı?
- 50 yaşımda Azərbaycan Prezidenti, cənab İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılmağım və 60 yaşımda prezident təqaüdünə layiq görülməyim mənim üçün ən gözlənilməz hədiyyələr olub.
- "Neftçi”nin heyətində 61 qol vurmaqla yanaşı, hər mövsüm çoxlu sayda məhsuldar ötürmənin müəllifi olmusuz və komandamıza penaltilər qazandırmısız. Yəni komandanın qollarının bir çoxunda sizin böyük rolunuz olub. Bununla belə, məhz özünüzün vurduğunuz qollardan hansı sizin üçün unudulmazdı?
- 1986-cı ildə Bakıda "Çernomorets”in qapısına başım üzərindən qayçıvari zərbə ilə vurduğum qol mənim üçün unudulmazdı. Ümumiyyətlə, çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm. Həmişə çalışmışam öz oyunumla sübut edim ki, Azərbaycanda yaxşı futbolçular var. Arzu edirəm ki, Azərbaycanda Əbdülqəni Nurməmmədovdan, Maşallah Əhmədovdan, İqor Ponomaryovdan, Səməd Qurbanovdan, Səmədağa Şıxlarovdan, Asim Xudiyevdən, Asif Əliyevdən, məndən daha yaxşı futbolçular yetişsin. "Neftçi”yə uğurlar arzulayıram!
RƏŞAD hazırladı

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər