Qurban Qurbanov gözləmədiyi sualı eşitdi
Joze Peseyru: “Qarabağ”ın səhvlərini gözləyirdik”
“Qarabağ”ın məğlub olduğu oyundan sonra jurnalistlər önünə məyus Qurban Qurbanov çıxdı. Təcrübəli çalışdırıcı matçla bağlı fikirlərini dilə gətirəndən sonra media mənsublarının suallarını cavabladı: “Rəqibi təbrik etmək istəyirəm. Çətin olacağını bilirdik. Buna baxmayaraq, futbolçuların pis təsir bağışlamadığını deyə bilərəm. İlk hissədə hər şey düşündüyümüz kimi alınmışdı. İlk qolda əks-hücumdan yararlana bildilər, ikinci qolda isə kobud səhv vacib rol oynadı. Ümid edək ki, növbəti oyunlarda daha yaxşı olacaq”.
- Bu oyundan sonra qrupdan çıxmağa əsas namizədlərin “Arsenal”la “Sportinq” olduğuna əmin olduz?
- Əvvəldən belə düşünürdük. Amma indiki vəziyyətdə “Vorskla”nı unutmaq olmaz. İkinci yer üçün mübarizə aparacaqlar. Görünən odu ki, təcrübəsinə görə “Arsenal”la “Sportinq” favoritdi. Uduzmağımıza baxmayaraq, sona qədər mübarizə aparacağıq.
- Bu qədər uşaq səhvlərinə yol verən azərbaycanlı futbolçulardan çəkdiyimiz nədi belə?
- Ayrı-seçkilik etmirəm. Hamısı komanda üçün oynayır. Hər futbolçunu başa düşmək olar. Ona görə də ayrı-ayrılıqda kiməsə etiraz etmək istəmirəm. Yəqin ki, bəzilərini nəzərdə tutursuz. Onlar da təcrübəsi olmayanlardı. Unutmayaq ki, biz bu futbolçularla bu yerlərə gəlib çıxmışıq.
- Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Az öncə qarşılaşma ilə bağlı ümumi fikirlərimi bildirdim. Səfərdə oynayırdıq, rəqib də “Sportinq” idi. İkinci qolu saymıram, çünki bərabərlik qolu haqda düşünürdük. Gördüyünüz kimi, üçüncü qolu da buraxa bilərdik. Həlledici anlarda diqqətli olmaq lazım gəlir.
- İlk qoldan sonra komandada eniş yaşandı. “Sportinq” qarşısında tab gətirmək mümkün olmadı, yoxsa baş məşqçi kimi oyuna müdaxilə edə bilmədiz?
- Bu cür sual gözləməzdim. Rəqibi yaxşı təhlil edib, oyuna yaxşı hazırlaşmışdıq. Qollar texniki səhvlərdən vurulur. Bu gün də şahidi olduz. Hücum xəttində dəyişiklik etmək istəyirdim. Maksimin gözlənilmədən zədələnməsi bunun qarşısını aldı. Hər şey heç də düşündüyünüz kimi deyil.
- Maksimin durumu necədi? “Arsenal”la oyuna qədər hazır ola biləcəkmi?
- Bu gün cavab verə bilməyəcəm. Dizində problem var. Ümid edək ki, ciddi olmayacaq. Sabah axşam dəqiq biləcəyik.
- Emeqara oyunun əvvəlində əlinə düşən real qol fürsətini dəyərləndirsəydi, hər şey fərqli ola bilərdi?
- 100 faiz fərqli olacaqdı. İkinci hissədə də yüzfaizlik şansı oldu. Rəqib qapıçı yaxşı oynadı. Emeqara çox çalışdı, meydanda ən yaxşılardan idi. Qol vurmasa da, çıxışından razı qaldım.
- Həmkarımdan fərqli düşünürəm. Məncə, taktiki baxımdan hər şey qaydasındadı. Görünən o idi ki, futbolçular psixoloji cəhətdən bu cür rəqib qarşısında oynamağa hazır deyildilər.
- Məğlub olanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi unutmayaq ki, bu gün rəqibimiz “Sportinq” idi. Həm də səfərdə oynayırdıq. Belədə rəqib daha rahat oynayır. Bəzən hər şeyi 10-15 dəqiqəyə dəyişmək olmur. Ona görə də futbolçuları başa düşmək lazımdı. Ola bilsin, heç nədən qol buraxmağımızın müəyyən psixoloji təsiri oldu. Qrupda ilk görüşümüzdü. Məğlubiyyəti unudub, “Arsenal”la görüşü düşünməliyik. Texniki səhvləri nəzərə almasaq, futbolçulardan razı qaldıq.
Qurban Qurbanov çıxışını başa vurandan təxminən 15 dəqiqə sonra zala meydan sahiblərinin baş məşqçisi Joze Peseyru daxil oldu. Portəgiz həmkarlarımızın sualları əsasən oyunla yox, komanda ilə bağlı olduğundan, geniş müsahibəyə ehtiyac duymadan ümumi fikirlərini diqqətinizə çatdırırıq: “Qarabağ”ın səhvlərini gözləyirdik. Ona görə də bir qədər ehtiyatlı olmağa çalışırdıq. Buna baxmayaraq, diqqətli olmağa çalışırdıq. Oyuna nəzarət tərəfimizdə oldu. Düzdü, rəqibin də şansları oldu. Vingerlərimiz bəzən lazımi qədər sürətli ola bilməsələr də, meydanda üstün olduğumuzu göstərdik. Bu gün müdafiəçilərimiz yaxşı oynadılar. Daha çox qol vura bilərdik. 13 il əvvəl bu komanda ilə uğur qazanmışıq. UEFA kubokunun finalında oynadığımız, yəqin ki, yadınızdadı. Bundan sonra da yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Qələbə yaxşıdı, amma davamini gətirmək vacibdi. Dostun yoxlğuna görə narahat olmayın. Yaxşı futbolçularımızın sayı çoxdu. Bu gün möhtəşəm ab-hava yaradan azarkeşlərə minnətdarlığımı bildirirəm. “Qarabağ” üzərində qələbə, təbii ki, yaxşıdı. Məqsədimiz qrupdan çıxmaq olsa da, indidən nəsə demək çətindi. Cəmi bir oyun geridə qalıb. Qarşıda hələ çox görüşlərimiz var. Geryeni “Sportinq”də görmək istərdimmi? Yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz”.
HƏBİB, Lissabon

Son xəbərlər

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Bütün xəbərlər