"Neftçi" Çempionlar Liqasının qalibi ilə heç-heçə etdi

13.01.2026 20:06 28
Ölkə futbolu
“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" bu gün Misir təmsilçisi “Piramids”lə qarşılaşıb.

“Məhəmməd bin Zayed” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. "Piramids"in Afrika Çempionlar Liqasının son qalibi olduğunu da xatırladaq.
İlk yoxlama matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabıyla qalib gələn "ağ-qaralar" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” komandası ilə üz-üzə gələcək.