Sizin reklam burada

“CBC Sport” DÇ-ni yayınlamaq istəyir

Müəllif: football Tarix: 20-09-2018, 22:02 500 Baxış
“CBC Sport” DÇ-ni yayınlamaq istəyir
Qadın voleybolçuların dünya çempionatının startına 10 gündən də az vaxt qalıb. Ötən il Bakıda keçirilən Avropa çempionatında 4-cü yeri tutan yığmamız mundialda da uğurlu çıxış etmək istəyir. Minimum hədəf isə “ölüm qrupu”ndan çıxmaqdı. Təəssüf ki, belə məsul yarışa çox az vaxt qalmasına baxmayaraq, ictimaiyyətdə bunun həyəcanı müşahidə olunmur. Təbii, ajiotajı media yarada bilər. Millimizə isə KİV-in marağı çox azdı. Xüsusən də telekanalların. Belədə ortaya sual çıxır: Yaponiyada təşkil olunacaq DÇ ölkəmizdə yayınlanacaqmı?
Voleybol Federasiyası bununla bağlı xüsusi canfəşanlıq göstərmir. Çünki qurum indi əvvəlki maddi imkanlarından çox uzaqdı. AVF-nin işçiləri maaşını gecikmələrlə alır. Belə bir vaxtda federasiyanın teleyayın hüququnu alaraq, hansısa telekanalımıza bağışlaması reallıqdan uzaqdı. Bu dəqiqə qurumu bundan çox yığmanın çıxışı maraqlandırır. Əsas maliyyə resursu da millinin ölkə xaricində baş tutan təlim-məşq toplanışlarına xərcləndi.
Bəs idman telekanalları buna maraq göstərirmi? “İdman Azərbaycan”ın münasibətini öyrənə bilmədik. Əldə etdiyimiz məlumata görə, mundialın yayın hüququ onlara təklif olunub. Ancaq telekanal rəhbərliyi maddi durumun qaydasında olmadığını dilə gətirərək, heç qiymətlə maraqlanmadan “yox” cavabı verib. “CBC Sport” isə bunda maraqlıdı, amma... Telekanalın baş redaktoru Şəmsəddin Abbasov hazırda Portuqaliyada olduğundan Rüstəm Əfsərli ilə danışmağı məsləhət bildi. “CBC Sport”un şərhçilər qrupunun rəhbəri bunları dedi: “Teleyayın hüququnun bizə təklif edilib-edilməməsindən xəbərsizəm. Bunu Volkan Üst bilər. Ancaq onu deyə bilərəm ki, dünya çempionatını yayınlamaqda maraqlıyıq”.
SƏRXAN
SON XƏBƏRLƏR